| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Prezident olimpiadada medal qazanan idmançıları qəbul etdi – FOTOLAR
Tarix 14.08.24, 15:12 |
|
Prezident İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
AzFakt.com xəbər verir ki, görüşdə çıxış edən dövlət başçısı İlham Əliyev deyib:
“İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm.
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.
Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.
Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır.
Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.
Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.
Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.
Bir daha sizi ürəkdən təbrik etmək və sizə yeni qələbələr, uğurlar arzulamaq istəyirəm”.
x x x
Olimpiya çempionu, cüdoçu Hidayət Heydərov çıxış edərək deyib:
“Cənab Prezident, bu gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya çempionu olanda Siz məni təbrik etdiniz, mənə dəstək oldunuz. Olimpiya çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada olmasa da, mən bizim Olimpiya çempionumuz Elnur Məmmədliyə “Çox sağ ol” demək istəyirəm. Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və Olimpiya çempionu olacağıq və olduq. İnşallah, bundan sonra da Los-Anceles Olimpiadasına birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm.
Mən fəxr edirəm ki, Fransanın Paris şəhərində Olimpiya çempionu oldum, bizim Bayrağımız qalxdı və Himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, minnətdaram Sizə”.
Prezident İlham Əliyev:
“Sağ ol”.
X X X
Dövlət başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlət başçısı deyib ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə edib.
Dövlət başçısı Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzulayıb.
X X X
Sonra Olimpiya çempionları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan Prezidentinə xatirə hədiyyələri təqdim ediblər.
Daha sonra dövlət başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.






























Xəbərin oxunma sayı : 775
Sosial
Xəbərlər
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
-
“Dubayda tutulmuşam“ deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı
-
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
-
Kəmaləddin Heydərov yeni qərar imzaladı - Kimlərə şamil olunacaq?
-
Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq
-
Azərbaycan təbii qazı Yunanıstana 545, Türkiyəyə isə 272 dollara satıb - Siyahı
-
Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları
-
Məhkəmə “City Construction Group”un xaricə pul köçürməsi ilə bağlı qərar verdi - TƏFSİLAT
-
Azərbaycanda nə qədər dəvə var və hansı rayonlarda saxlayırlar? - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Mən xalqın baş məşqçisiyəm” - Sergen Yalçın
-
Pekin sürətlə qocalır: Əhalinin 1/3-i yaşlı olacaq
-
Azərbaycan bu ölkəyə hamıdan çox araq satıb - Hətta Rusiyadan da
-
Maşını nömrəsiz sürən qazilər həbs olundu - TƏFƏRRÜAT
-
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
-
TikTok, YouTube, Instagram… – Sosial şəbəkələrdən qazananlar hansı vergiləri ödəməlidir?
-
Azərbaycanda boşanmaq neçəyə başa gəlir? - Araşdırma
-
“Biznes TV“ maliyyə çətinliyi ilə üzləşib: Əməkdaşların bir hissəsi işdən ayrılıb
-
“İri Şəhərlərin Su Təchizatı“na yeni icraçı direktoru təyin edildi - FOTO
-
Metropoliten rəisinə yeni müavin təyin olundu - Sərəncam
-
Böyük Qayıdış davam edir - Xocalı və Ağdərəyə köç olub
-
Azərbaycan dünya çempionatına hazırdır - FIFA
-
İran “bombaların atası”nı düzəldib - Kimə qarşı istifadə edəcək?
-
Bu xidmətlər üzrə 20 illik vergi güzəşti tətbiq ediləcək - Prezident təsdiqlədi
-
Putindən hökumətdə mühüm - Kadr dəyişiklikləri
-
Ali Məhkəmə kürəkənini öldürən şəxsin cəzasını 8 il azaltdı - Təfərrüat
-
Orxan Məmmədov Yardımlıya icra başçısı təyin edildi - DOSYE + FOTO
-
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə“ dəyişib - FƏRMAN
-
Prezident sərəncam imzaladı - Elçin Yusubov vəzifəsindən azad edildi + DOSYE
-
Avropada gizli kəşfiyyat savaşı - Bu əməliyyat baş tutsaydı...
-
Hakim kürəkənini öldürdürən qayınatanı məhkəmə zalından sərbəst buraxdı - DETALLAR
-
Yolda xətlərin görünməməsi çaşqınlıq yaratdı - VİDEO
-
Azərbaycana gələn əcnəbilərin sayı 117 min nəfər azalıb - STATİSTİKA
-
Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi
-
Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Dələduzluq
-
Azərbaycanda bir uşağın 18 yaşına qədər böyüdülməsi neçəyə başa gəlir? - Araşdırma
-
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
-
Moskvaya misli görünməmiş PUA hücumu: Silah zavodu vuruldu
-
ABŞ və İsrail İrana yeni zərbələr planı hazırlayır - “The New York Times“
-
Vergi Xidmətindən getdi, “AZCON Holding“də vəzifəyə təyin edildi
-
Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı
-
Səudiyyə Ərəbistanında hava limanına hücum olub: ölən var
-
ABŞ hazırda İranla danışıqlar aparmır - Tramp
-
İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
-
Sayğac var, amma abonent kodu yoxdur - VİDEO
-
“Tovuz-Baltiya”nı kimlər ələ keçirmək istəyir - Mehdiyev klanının “konyak reketliyi”
-
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
-
“Regional Su Meliorasiya“ QSC-də dəyişiklik - Yeni icraçı direktor təyin olundu
-
Zelenski müharibənin dondurulmasına hazır olduğunu açıqladı - Şərtləri var...
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Rəsmi açıqlama
-
Bakıda məmurun xanımı lükə düşərək xəsarət aldı - AAYDA rəsmisi cərimə edildi
-
Həbs tədbirinə baxan məhkəmə nəyi yoxlamalıdır? - Konstitusiya Məhkəməsi izah etdi
-
“Müctəba Xamenei atasının izi ilə getməyə qərar verib” - Netanyahu
-
Agentlik 13,6 milyon manatlıq hazır yemək alır - Bir ədəd yemək 11,5 manata yüksəlib
-
Bakıda nəqliyyat sıxlığını azaldacaq yeni yol - İşlər nə yerdədir?
-
Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir - Məsud Pezeşkian
-
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar DƏYİŞDİ
-
Zelenski 9,5 milyon ukraynalını ölkəyə qayıtmağa çağırıb - “Fox News”
-
Statistika Komitəsində yeni təyinatlar - Kadr dəyişiklikləri oldu + ADLAR
-
Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı alan neçə nəfər var? - Siyahı
-
Elm və Təhsil Nazirliyi bu şirkətlərə 9,4 milyon manat ödəyəcək - BUNA GÖRƏ
-
Paytaxtın bitməyən ÇUXUR BƏLASI: Yolları kim təmir etməlidir
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı - Sərəncam
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı - Fotolar
-
TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq - Mirzoyan
-
Azərbaycanda istilik bu tarixdən veriləcək - RƏSMİ
-
Putin Mayamidə G20 sammitində iştirak edə bilər - Marko Rubio
-
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - SİYAHI
-
Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini cərimələdi - TƏFƏRRÜAT
-
Naxçıvanda vəzifəli şəxs saxlanılıb - Mənimsəmədə ittiham olunur
-
Kollecdən universitetə imtahansız qəbul ləğv olunacaq? – Mühüm DETALLAR
-
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Neft Fondu 126 milyard manatı harada saxlayır? - Siyahı
-
Xalçalarını yuyulmağa verdilər, geri ala bilmədilər: Saxlanılan var
-
Bakıya və rayonlara yağış yağacaq - Sabahın havası
-
Azərbaycan XİN 31 türkiyəlinin adını “qara siyahı“ya saldı - Aralarında millət vəkili də var
-
İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - FOTO
-
Mətbuat Şurasından xəbərdarlıq - Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır
-
Bakıda şirkət rəhbəri saxlanıldı - Dələduzluqda ittiham olunur
-
İbrahimova yüksək rütbə verildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Azərbaycan məktəblərində “TikTok“a giriş məhdudlaşdırılıb - Nazir müavini
-
Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
-
Tramp Ukraynanı müharibəni dayandırmağa çağırdı - “Moskva hərbi üstünlüyə malikdir...”
-
Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
-
Suraxanı rayonunda əsas yolun asfalt örtüyü dağılıb - VİDEO
-
Xalq artistinin kürəkəni həbs olundu - Nədə ittiham olunur? + FOTO
-
ABŞ, Ukrayna və Avropa Rusiya ilə dialoq üzrə ortaq mövqeyə gəliblər - “Axios”
-
Sumqayıtda məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VİDEO
-
Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib evə giriblər“
-
ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq - İran XİN
-
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
-
Mobil telefonlar da POS-terminal kimi istifadə olunacaq - VİDEO
-
Azərbaycanda qiyabi təhsil ləğv edilir? -Gözlənilən yeni sistem
-
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
-
Xırdalanda binanın inşası zamanı layihədən kənar iş görülür? - VİDEO
-
20 oktyabr - Zəngilan Şəhəri Günü- gələcəyə istiqamətlənən yeni həyat mərhələsinin simvolu
-
20 oktyabr – Zəngilan şəhəri günüdür
-
Zəngilanda aparılan quruculuq işləri
-
Zəngilan rayonunun da işğaldan azad olunması cəbhədə hərbi üstünlüyümüzü daha da cücləndirdi
-
AQEM-in 7-ci Sammiti: Unikal dialoq platforması
-
Füzuli Zəfərin və Böyük Qayıdışın simvoludur
-
Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib
-
Füzuli uğrunda gedən döyüşlər Ordumuzun şücaətinin göstəricisi idi
-
AQEM-in 7-ci zirvə görüşü Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolunu nümayiş etdirdi
-
Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
-
Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr sarsılmazdır - Hakan Fidan
-
Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil - Edi Rama
-
Rusiya Baş Konsulluğu Qazaxıstan XİN-ə nota göndərib - Repçi Navainin həbsi ilə əlaqədar
TOP 10
ARXİV






