Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Şagird Prezidentin əlini sıxmaqdan imtina etdi - VİDEO

Tarix 15.01.25, 9:05

Font ölçüsü : - / +
bitmap-img6


Slovakiyada riyaziyyat fənn olimpiadasında fəal iştirakına görə mükafat alan şagird ölkə Prezidenti Peter Pelleqrinin əlini sıxmaqdan imtina edib.

Bu barədə görüntüləri  “European Pravda” paylaşıb.

Videoda Bratislava məktəbinin Simon Omanik adlı şagirdi Mərkəzi Avropa Riyaziyyat Olimpiadasındakı iştirakına görə təhsil naziri Tomas Drucker tərəfindən bürünc medalla təltif edilir.

Bunun ardınca nazir şagirdə onun yanında dayanan prezident Pelleqrininin əlini sıxmağı təklif edir və bu an ölkə liderinin əli “havada qalır”.

Omanın Pelleqrininin əlini sıxmaqdan niyə imtina etməsi ilə bağlı Slovakiya mediasında əlavə izah verilməyib.

Bununla belə, şagirdin yaxasında Ukrayna bayrağını əks etdirən lent olması müxtəlif versiyalara yol açıb.

Qeyd edək ki, ötən həftə prezident Pelleqrini Ukraynanın Rusiya qazının tranzitini dayandırmaq qərarını əsas gətirərək Kiyevə rəsmi səfərini ləğv etdiyini bildirmişdi.






Xəbərin oxunma sayı : 1132




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap