“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Ən böyük gücümüz...“ - Qurban Qurbanov

Tarix 27.11.24, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda üzləşəcəkləri "Olimpik Lion"la oyun barədə fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, təcrübəli çalışdırıcı oyunöncəsi mətbuat konfransında Fransa təmsilçisinə hazırlığı belə dəyərləndirib: 

"Vacib oyundur, pis hazırlaşmamışıq. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək və uğurlu çıxış edək. Rəqibin heyətinə baxmışıq. Çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Özümüzlə bağlı müəyyən sual doğuran məsələlər var. Böhran oldu-olmadı, istənilən komandaya qarşı hazırlaşırıq. Bu cür klubların maliyyə böhranının yoluna qoyulmasında problem görmürəm. Böyük klublarda da böhran olur. Məncə, belə fikirlərdən uzaq olmaq lazımdır".

Hər komandanın üstün cəhətləri var. Bəzi detallar baxımından belə rəqiblərə qarşı diqqətli olmalıyıq. Hücum planımızda əlavə fikirlər ola bilər. Bu, oyunun gedişatından asılı olacaq. Bir rəqib haqqında çox məlumat verməyi xoşlamıram. Ən böyük gücümüz kollektiv oyuna üstünlük verməkdir. "Olimpik Lion" bizdən üstün görünür, daha böyük klubdur. Amma bizim də Avropada böyük təcrübəmiz var. Bundan istifadə etməyə çalışacağıq".

Qurban Qurbanov komandanın zədəli futbolçuları Marko Veşoviçlə Mateus Silvanın durumları barədə də danışıb:

"Onların vəziyyətləri qənaətbəxşdir. Ancaq sabah qəti qərar verəcəyik. Bugünkü durumlarından razıyam".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Olimpik Lion" görüşü saat 21:45-də start götürəcək.



Xəbərin oxunma sayı : 1528




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap