Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

İçməli suyun keyfiyyətində ciddi problemlər var - Komitə sədri

Tarix 28.02.24, 11:25

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə etibarlı su təchizatı və əhalinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində görülən işlərlə yanaşı problemlərimiz də az deyil.

AzFakt.com xəbər verir ki, bunu Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə təşkil olunan “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmələr zamanı deyib.

O əlavə edib ki, su itkiləri hələ də çox yüksək olaraq qalır. “Torpaqlarımızın şoranlaşmasında da su itkilərinin xüsusi payı var.
Bu məsələdə obyektiv və subyektiv səbəblər var. Başqa bir misal, sayğaclaşma hələ də başa çatmayıb. Bu səbəbdən abonentlərə verilən su adambaşı kvota ilə hesablanır, yəni bir nəfərə 5 kub su hesablanır”, - o qeyd edib.

Komitə sədri əlavə edib ki, bu gün həm içməli, həm də meliorasiya suyunda problemlər mövcuddur:

“Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədilə bilavasitə Respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında il ərzində müayinə edilmiş 763 su nümunəsinin 0,7%-i (2022-ci ildə 1,2%) kimyəvi göstəricilərinə, 3,9%-i (2022-ci ildə 7,9%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. 

Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülmüş, təkrari müayinələr aparılıb. Göstərilən müddət ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ayrı-ayrılıqda müayinə olunmuş 473 bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.

Respublikada yerli su təchizatı mənbələri üzərində nəzarət tədbirlərinin həyat keçirilməsi məqsədilə Respublikanın 16 rayonunda yerləşən 460 su mənbəyi laborator tədqiqat üsulunun tətbiqi ilə müayinə olunub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında müayinə olunmuş 529 nümunə bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.

Lakin qeyd etmək istərdim ki, dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər, su anbarlarının tikintisi, su infrastrukturunun təmiri, bərpası və yenidən qurulması, bütün istismar işlərinin effektivliyi birbaşa olaraq su istifadəçiləri tərəfindən suyun səmərəli istifadəsindən də asılıdır. 

Hər bir vətəndaş bu gün məişət və ya kənd təsərrüfatında onun qənaət etdiyi hər damcı su ilə gələcək illər, gələcək nəsillər üçün davamlı su ehtiyatının yaradılmasında birbaşa rol oynadığını bilməlidir”.



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap