Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Prezident Ukraynanın xarici işlər nazirini qəbul etdi - FOTO

Tarix 25.05.25, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.

AzFakt.com xəbər verir ki, Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirdi, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı.

Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Volodimir Zelenskiyə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirdi.

Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olundu.

Ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.








Xəbərin oxunma sayı : 220




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap