Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - Açıqlama

Tarix 24.05.25, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi ərazilərdə 50, bəzilərində isə 100 minə qədər... Bu, hər hansı daşınmaz əmlakın qiyməti deyil, cəmi bir neçə metrlik qəbir yerlərinin qiymətləridir. Qiymətlərdən də gördüyünüz kimi, bu gün yaşamaq qədər ölmək də bahalaşıb.

Bu bahalaşma nə ilə əlaqədardır?

Trend mövzu ilə Milli Məclisin deputatı Ceyhun Məmmədovla həmsöhbət olub.

Onun sözlərinə görə, qəbir yerlərinin tapılması və alınması getdikcə çətinləşir:

"Qəbiristanlıqlarda yer tapılması getdikcə çətin prosesə çevrilir. Burada qiymətlər müxtəlifdir, yerdən asılı olaraq qəbir yerlərinin qiymətləri dəyişir. Hansı ərazilərdə artıq yerlər yoxdursa, biz oralarda qiymətlərin artdığını görürük. Bu tendensiya sürətli formada gedir. Bu hal insanlarımızı da müəyyən mənada narahat edir”.

Deputatın sözlərinə görə, dövlət tərəfindən müəyyən addımlar atılır:

"Son illər bəzi yeni qəbiristanlıqların yaradılması onu göstərir ki, dövlət bu məsələyə diqqətlə yanaşır. Biz prosesin necə tənzimlənməsi və qiymətlərin artmaması üçün nə edilə biləcəyi barədə ciddi düşünməliyik”.

İlahiyyatçı Tural İrfan Trend-ə bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, ölkədə qəbir yerləri pulsuzdur:

"Bu məsələdən qaynaqlanan digər məsələlərin həlli bələdiyyələrə aiddir. Dəfn işləri ilə əlaqədar təklif edilən xidmətlərin müəyyən məbləğdə qarşılığı nəzərdə tutulur. Qəbir yerlərinin satılması, yaxud baha qiymətə olması kimi hallar, əsasən, bələdiyyələrə və onların sahəsinə aiddir.

Araşdırmalar göstərir ki, qəbir yerləri bəzən çox baha qiymətə satılır. Bunun da müxtəlif səbəbləri var. Təbii ki, bələdiyyələrin iştirakı olmadan heç kəs qəbir yeri sata bilməz. Bəzən də müəyyən işbazlar, dəllallar müəyyən torpaq sahəsi əldə edərək onu satırlar. İnsanların bununla bağlı narazılıqları mütəmadi şəkildə qeyd edilir. Yaxşı olar ki, bu halların daha şəffaf tənzimlənməsi üçün nəzarət ciddiləşdirilsin”.

İlahiyyatçı qeyd edib ki, bələdiyyələr, əsasən, qeydiyyatsız yaşayan sakinlərə bu yerləri pulla verirlər:

"Bəhanə bu olur ki, harada qeydiyyatdasansa, orada dəfn olunmalısan. Sənədsiz evlərin çoxluğuna görə də əksər vətəndaşlar yaşadıqları yerdə daimi, yaxud müvəqqəti qeydiyyatda olmurlar. Yəni bu problemin bir neçə yöndən həllinə böyük ehtiyac var. Bəzən də imkanlı şəxslər, yaxud məmurlar nüfuzundan istifadə edərək, qəbiristanlıqlarda pulla böyük əraziləri alırlar. Beləcə yerlər azalır, digərlərinə təklif etməyə yer qalmır, yaxud yenə pulla satılır. Qəbiristanlıqların idarə edilməsində islahatlara ehtiyac var. Standart qəbir daşları, qəbir yerləri məsələsinə təzədən baxılmalıdır”.a



Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap