Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Şuşada “Xarıbülbül“ Festivalı davam edir - FOTOLAR

Tarix 25.05.25, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada "Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı maraqlı təqdimatlarla davam edib.

AZƏRTAC xəbər verir ki, Cıdır düzündə Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, qəhrəman zabitlərimizin, əsgərlərimizin fədakarlığı, şəhidlərimizin axan qanı sayəsində Şuşada növbəti dəfə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının keçirildiyini deyib. O, bu əlamətdar günün son dərəcə önəmli və qürurverici olduğunu qeyd edib.

"İşğaldan azad olunmuş torpaqlarda Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış ilk ali təhsil müəssisəsi olan Qarabağ Universitetinin bu festivalda ilk dəfə iştirak etməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün muğamımız, milli musiqimiz hər festivalın səhnəsində tamam fərqli səslənir”, - deyə rektor diqqətə çatdırıb.

Qarabağ Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Gülşən Qasımzadə gənclərin milli-mənəvi dəyərlərlə yetişməsi və Qarabağın mədəni dirçəlişində fəal rol oynamasının universitetin əsas məqsədlərindən biri olduğunu diqqətə çatdırıb.

"Otuz ildən sonra doğma Qarabağımıza qayıdaraq təhsil, mədəniyyət, memarlıq və digər istiqamətlərdə yenidənqurma işləri aparırıq. Gələcəkdə də bu istiqamətdə iştirakın genişləndirilməsi üçün universitet tərəfindən yeni layihələr planlaşdırılır", - deyə G.Qasımzadə vurğulayıb.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəsli li təhsil ocağının cəmi bir il ərzində möhtəşəm yekun konsertlə "Xarıbülbül” Festivalında çıxış etdiyini bildirərək deyib: "Festivalın rəsmi proqramında yer almaq tariximizin önəmli bir hissəsinə çevrilmək demək idi. Mükəmməl inzibati və pedaqoji heyət, eləcə də tələbə komandası ilə bir ailə kimi ilk addımlarımızı atmış, növbəti böyük hədəflərə doğru istiqamətlənmişik".

Qeyd edək ki, bu cür festivallar gənc nəsildə milli-mənəvi dəyərlərə bağlılığı daha da gücləndirir, onların tariximizi, mədəni irsimizi daha dərindən mənimsəməsinə və bu dəyərləri gələcək nəsillərə ötürmək məsuliyyətini dərk etməsinə şərait yaradır. Eyni zamanda, yaradıcı gənclərin öz bacarıq və ideyalarını nümayiş etdirməsi, milli sənət ənənələrini yeni baxışlarla təqdim etməsi üçün mühüm platforma rolunu oynayır.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap