![]() |
|














Böyük perspektivlər vəd edən sahə - Əşyaların interneti nədir?
Tarix 25.05.25, 19:52 |
|

Bu il Azərbaycanda əşyaların interneti (Internet of Things - IoT) bazarının 463.1 milyon ABŞ dolları gəlir əldə edəcəyi gözlənilir. "Statista" portalının proqnozuna görə, bu, illik 10.2 faiz artım deməkdir.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycan ağıllı şəhərlərə və enerji idarəetmə həllərinə diqqət yetirməklə əşyaların interneti bazarında sürətli artım yaşayır. Əşyaların interneti bazarının müxtəlif seqmentləri arasında Əşyaların Sənaye İnterneti (IIoT) seqmenti 119.7 milyon ABŞ dolları həcmində dəyərlə üstün mövqeyə sahib olacaq. 2025-2029-cu illərdə ölkədə əşyaların interneti bazarında gəlirin illik 10.68 faiz artacağı və 2029-cu ildə bazar həcminin 694.9 milyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
Bəs görəsən, əşyaların interneti nə deməkdir? Bu sahənin hansı perspektivləri var?
AzFakt.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Gəlirlər bir trilyon dollara yaxınlaşıb
Əşyaların interneti qlobal bazarda sürətlə böyüyən və yüksək gəlir gətirən bir sahədir. IoT bazarının gəlirləri ölkələrin texnoloji inkişaf səviyyəsi və bu sahəyə ayırdıqları investisiyalarla birbaşa əlaqəlidir. Gəlirləri əsasən müxtəlif sahələrdə tətbiqindən və innovativ həllərdən qaynaqlanır. 2024-cü ilin statistikasına görə, IoT bazarının qlobal gəliri bir trilyon dollara yaxınlaşıb və hər il təxminən 20-25 faiz böyüyür. 2030-cu ilə qədər bu bazarın altı trilyon dolları keçəcəyi proqnozlaşdırılır.
Hazırda IoT sahəsində ən yüksək gəlir əldə edən ölkələr arasında ABŞ, Çin və Almaniya kimi sənaye nəhəngləri ön plandadır.
"Bu texnologiyanın inkişaf potensialı böyükdür"
"İKT LAB" Tətbiq və Tədris Mərkəzinin Tədris və inkişaf sektorunun müdiri Ayaz Kərimovun fikrincə, IoT artıq gündəlik həyatımızın və sənayenin ayrılmaz hissəsinə çevrilib: "Bu texnologiya fiziki obyektlərin - yəni cihazların, sensorların və proqramların internet vasitəsilə bir-biri ilə əlaqə qurmasını və məlumat mübadiləsini təmin edir. Məsələn, ağıllı evlərdə işıqların və istilik sistemlərinin uzaqdan idarə olunması, sənayedə avadanlıqların monitorinqi və avtomatlaşdırılması kimi tətbiqlər IoT-nin gündəlik həyatda necə istifadə olunduğunu göstərir".
Mütəxəssis hesab edir ki, bu texnologiyanın inkişaf potensialı böyükdür: "Bir neçə əsas istiqamətə toxunaq. Məsələn, smart evlər və şəhərlər - enerji səmərəliliyinin artırılması, təhlükəsizlik sistemlərinin gücləndirilməsi və ümumi yaşayış keyfiyyətinin yaxşılaşdırılması üçün qurulmuş ağıllı infrastrukturdur. "Sənaye 4.0" istehsalat proseslərinin avtomatlaşdırılması və idarə edilməsində səmərəliliyin yüksəldilməsinə xidmət edir. Sağlamlıq və tibbdə uzaqdan xəstə monitorinqi, tibbi cihazların izlənilməsi və erkən diaqnostika kimi imkanların yaradılmasını nəzərdə tutur. Kənd təsərrüfatında məhsuldarlığın artırılması, su və gübrə istifadəsinin optimallaşdırılmasına imkan yaradır. Nəqliyyat və logistikada avtomatlaşdırılmış nəqliyyat sistemləri, real vaxt izləmə və marşrut planlamasını nəzərdə tutur. Enerji idarəetməsində resursların səmərəli istifadəsi və enerji qənaəti üçün ağıllı şəbəkələrdən ibarətdir".
"Xərclər azalır, yeni biznes modellər yaranır"
A.Kərimovun sözlərinə görə, bu bazar müxtəlif məhsul kateqoriyalarını əhatə edir: "IoT bazarı olduqca genişdir. Bu bazara ağıllı ev avadanlıqları, ağıllı termostatlar, ağıllı işıqlandırma sistemləri, təhlükəsizlik kameraları və siqnalizasiya sistemləri, ağıllı ev mərkəzləri və sensorlu smart saatlar, sağlamlıq monitorinq cihazları, istehsalat proseslərini izləyən sensorlar, avtomatlaşdırma sistemləri və nəzarət cihazları, avtomobil sensorları və əlaqə sistemləri, yük və daşınma vasitələrinin izlənməsi, hava keyfiyyəti sensorları, su və enerji monitorinq sistemləri və sair daxildir. Bütün bu məhsullar və texnologiyalar həyatımızı asanlaşdırır, əməliyyat xərclərini azaldır və yeni biznes modellərinin yaranmasına şərait yaradır. İnanıram ki, gələcəkdə IoT həm fərdi istifadəçilər, həm də müəssisələr üçün böyük əhəmiyyət kəsb edəcək. Demək olar ki, həyatımızın hər sahəsində inqilab edəcək".
Əşyaların interneti evimizdə
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, son illər ölkəmizdə əşyaların interneti bazarının payı kifayət qədər artıb: "Texnologiyanın inkişafı həyatımızı əhəmiyyətli dərəcədə dəyişir. Bu irəliləyiş nəticəsində informasiya texnologiyaları sahəsində əşyaların interneti anlayışı meydana çıxıb. Əşyaların interneti müxtəlif obyektlərin internet vasitəsilə insan müdaxiləsi olmadan funksiyalarını yerinə yetirən bir sistemdir. Artıq evimizdəki müxtəlif əşyalar müəyyən qədər internetlə ünsiyyətdədirlər. Misal üçün, əgər smart qurğular qapımızı, pərdələrimizi açıb-bağlayırsa, elektrik avadanlıqlarını söndürüb-yandırırsa, bu o deməkdir ki, evimizdə əşyaların interneti anlayışından istifadə edirik".
Kommunal münasibətlər rəqəmsal formada tənzimlənəcək
Ekspert deyib ki, hazırda dövlət qurumlarında bəzi xidmətlər əşyaların interneti texnologiyasına çevrilir: "Məsələn, qaz və işıq sayğacları ağıllı olacaq. İnsanlar belə sayğaclara müdaxilə etməyəcəklər. Sayğacın özünün interneti olacaq və vətəndaş hər hansısa bank və ya ödəmə sistemindən ödəniş etdiyi zaman pul sistemə köçürüləcək. Hazırda ağıllı sayğac anlayışının yenilənməsini gözləyirik. Burada bir neçə pilot layihə müşahidə olunur. Onları əsasən "Azərişıq" və "Azəriqaz" kütləvi olmayan formada tətbiq edib. Hələlik sistem sınaqdan keçirilir. Ağıllı cihazların tətbiqinə çalışmaqda məqsəd odur ki, insanların qapıları qaz, su, işıq puluna görə döyülməsin. Həmin sahə inzibatçıları vətəndaşlarla birbaşa ünsiyyətə girməsinlər və ödənişlər birbaşa, internetə bağlanaraq köçürülsün".
Ekspertin sözlərinə görə, Azərbaycanda yaxın beş il ərzində kommunal münasibətlər rəqəmsal formada tənzimlənəcək: "Bununla sayğacların tamamilə internetə bağlanması, vətəndaşların onlayn vasitələrlə ödəniş etməsi, sayğacların birbaşa açılması mümkün olacaq".
Xəbərin oxunma sayı : 133
Sosial
Xəbərlər
-
“Çərçivəni keçmədən zamanın nəbzini tutmağa çalışıram“ - Samirə ƏliMəryəm
-
Nasaz lift, qulaqlıq... - Yeniyetmənin ölümünə nə səbəb olub?
-
Salyandakı müalicəvi bulaq hər kəsi heyran edir - VİDEO
-
Başqasına köməyə gedən şəxs faciəli şəkildə öldü - Yevlaxda dəhşətli hadisə
-
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb - MSK
-
“İstanbul - Tehran - İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir“ - Ərdoğan
-
Kanada Kralın səfərindən siyasi mesaj kimi istifadə edir - Britaniya narahatdır
-
Azərbaycanda distant təhsillə bağlı qarışıq vəziyyət - Yeni standart, yoxsa yarımçıq islahat?
-
Türkiyə Suriyada bazalar qurmaq niyyətindədir - İŞİD-lə mübarizəyə görə
-
Böyük perspektivlər vəd edən sahə - Əşyaların interneti nədir?
-
“Dedikləri mənə təsir etmədi” - Ayaz Salayev
-
Azərbaycan Premyer Liqası:“Turan Tovuz”dan darmadağın
-
Bakıda yaşayış binasında yanğın - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Ukrayna Aİ üzvü olsa, resurslarımız tükənəcək“ - Orban
-
Şuşada “Xarıbülbül“ Festivalı davam edir - FOTOLAR
-
Minifutbol-2025:Portuqaliya Hindistan millisini darmadağın etdi
-
Araq pulu üçün 70 yaşlı atasını döymüşdü - Ağır cəza aldı
-
Keçmiş MTN zabiti həbs edilib - Dövlət sirrini yaydığına görə
-
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq - Xəbərdarlıq
-
Minifutbol-2025: Sloveniya Bəhreynə məğlub oldu
-
Bakıda 28 dərəcə isti olacaq - Sabahın havası
-
“Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək“ - İlham Əliyev
-
7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandı
-
Qurudulmuş kolbasaların TƏRKİBİ: Ət hansı halda xərçəngə səbəb olur?
-
Rusiya Ukraynanın 30 şəhər və kəndinə yüzlərlə raket atıb - Ölənlər və yaralılar var
-
İlham Əliyev Misir Senatının sədrini qəbul etdi - FOTOLAR
-
Eyni torpaq sahəsinin iki sahibi var - Onlara çıxarışları kim verib? (VİDEO)
-
Prezident Ukraynanın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Səhərlər acqarına cəfəri və limon yeyin - 5 təəccüblü faydası
-
Bakıda söküntü zamanı insident: Şirkətin ekskavatoru yandırıldı - Həbs edilən var
-
Günəşdə güclü alışma qeydə alınıb - Maqnit fırtınası ola bilər
-
Bu gün II və III ixtisas qrupları üzrə imtahandır - Xankəndidə ilk
-
Səudiyyə Ərəbistanında bu qadağa ləğv edildi - 74 ildən sonra
-
Zəlzələ bölgəsində 250 mininci ev təhvil veriləcək - Əliyevlə Ərdoğan da iştirak edəcək
-
“Şəbnəmə o mahnını həyat yoldaşım alıb, hədiyyə edib“ - Vəfa Şərifova
-
“Avropa ölkələri Ukraynaya göndərmək üçün ABŞ-dən silahlar almaq istəyir“ - “Bloomberg“
-
Metal qəbulu məntəqəsinin fəaliyyəti sakinləri narahat edir - ŞİKAYƏT/VİDEO
-
ABŞ Ukrayna müharibəsindən dron təcrübəsini öyrənir - Tramp
-
Stomatoloqlar narazıdır: Nə tibb prinsipinə uyğundur, nə də...
-
Ərdoğan Şaraa ilə bu məsələlərdən danışıb - İlginc detallar
-
Avropaya ən çox neft satan 9 ölkə - Azərbaycan siyahıda yer almır
-
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər - Pullarını da oğurladılar
-
Bayramov pakistanlı həmkarı ilə danışıb - Nələr müzakirə olunub?
-
Şuşada “Xarıbülbül” festivalının açılışı oldu - FOTOLAR
-
Ayxan Abbasovdan 30 futbolçuya dəvət - SİYAHI
-
Dünyanı şoka salacaq yeni pandemiya - Dəhşətli detallar
-
“Siz elə ölü qalın ...” - Ayaz Salayevlə Röya arasında qalmaqal +Video
-
Bakıda məşhurlaşan qurbağa əti - “Zəhərli maddələr çoxdur ”+Video
-
Azərbaycanlı jurnalistin sevgilisi olan bankirin başı dərdə - 20 il həbs...
-
Dünya çempionatı: Gürcüstan Argentinanı məğlub edib
-
Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Tanışına SIM-kart almağa kömək etdi: Adına 200 MİN manat borc gəldi
-
Azərbaycanda kərə yağı istehsalının həcmləri açıqlandı - Statistika
-
Nəsimi rayonunda park zəbt edilib - VİDEO
-
Türkiyə və Suriya prezidentləri arasında görüş olub - FOTO
-
Rusiya NATO ilə müharibəyə hazırlaşır - Arktika və Baltik sərhədlərində gərginlik artır
-
Agentlikdə yeni təyinat - Habil Alıyevə vəzifə verildi
-
Premyer Liqanın ən yaxşı 10 məşqşisi açıqlandı - Qvardiola ilk 10-luqda yoxdur
-
MTK-ların “gizli şərtləri” - Gecikən ödəniş, itirilən mənzil - VİDEO
-
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
-
“Avropa rəsmiləri və Kiyev dünyanı müharibəyə aparır” - Volodin
-
28 dərəcə isti olacaq - Sabahın havası
-
Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı
-
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
-
Qonşusu ilə dalaşan məktəb direktoru cərimələndi - 100 manat
-
Bloqerlər və influenserlərin “separat reklam“ oyunları bitdi - Yeni qanun nələr vəd edir?
-
İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq? - Açıqlama
-
“Əsir mübadiləsinin davam etməsini gözləyirik“ - Zelenski
-
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - Açıqlama
-
Elektromobilini kustar üsulla şarj edənlərə xəbərdarlıq - VİDEO
-
Oğurluqlar davam edir - 20 manatdan 1200-ə qədər
-
Ağ Evdən Kremlə qarşı sərt ritorika - “Tramp administrasiyası mövqeyini kəskin dəyişib”
-
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
-
Mərkəzi Bank və ya FED: 6 mərtəbə ilə 37 mərtəbənin “gözə girən“ ilk fərqi...
-
Qobustanda yük və minik maşınları toqquşdu: Yaralı var
-
“Zelenski və Putinin görüşü hazırlanır“ - Ukrayna XİN başçısı
-
Xəstə həkim ondan imtina etdiyi üçün ölüb? - Açıqlama
-
“Mənə işgəncə verib, bıçaqla vurub“ - Xalq artisti keçmiş ərindən danışdı
-
Aİ-yə tətbiq edilən 50%-lik gömrük rüsumları yenidən nəzərdən keçirilməyəcək - Tramp
-
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasından bir il ötür
-
“Sənətimə “bayağı“ deyən qələt edir” - Vəfa Şərifova (VİDEO)
-
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi qrup liderliyinə yüksəldi
-
Arazı üzərək Naxçıvana keçib - İrana gedən Elminin başına gələn ilginc hadisələr
-
DSMF “əməkdaşı“ kirayə ev tutdu, qazinin xanımını aldatdı - Film kimi dələduzluq
-
Rusiya sülh yolu ilə nizamlanma prosesinə sadiqdir - Sergey Lavrov
-
Azərbaycanda daha bir aeroport fəaliyyətə başlasın - TƏKLİF
-
Nəsimi rayonunda qanunsuz tikinti - Səkinin zəbt olunmasına kim icazə verib?
-
Qarabağın işğalında iştirakını etiraf etdi - FOTOLAR
-
“ABŞ-nin atəşkəslə bağlı yardımına ümid edirik“ - Umerov
-
Bakıda tikilən bu binaya xərclənən vəsait açıqlandı - “10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı”
-
Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4...
-
Axtarışda olan məşhur milyonçunun oğlu məhkəməni uduzdu - adını da, alimenti də verəcək
-
“Beş il əvvəl bu, fantaziya kimi qəbul oluna bilərdi” - Hikmət Hacıyev
-
Serbiya geostrateji seçim qarşısındadır - Avropa İttifaqı
-
“NATO-ya görə şərlənmişəm” - Sabirabadda atasını öldürən şəxs xəstə imiş
-
Röya lüks avtomobilləri ilə görüntüləndi - VİDEO
-
Millimizdə İsayev müəmması: Santuş “zədəlidir“, xəstəxana “sağlamdır“ deyir
-
Samir Nuriyev iclas keçirdi - Prezidentin tapşırıqları çatdırıldı
-
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
-
171 vətəndaşdan alınan 14 milyon manatın yeri məhkəmədə üzə çıxdı - Pullar “Atlant”a qoyulub
-
Aİ-92 və dizelin bahalaşması ilə bağlı mühüma çıqlama - “Yaxın vaxtlarda...”
-
“Rabitəbank”a neçə dəfə maliyyə sanksiyası tətbiq edilib? - STATİSTİKA
-
“WhatsApp”a ulduz işarəsi gəldi - Sıxanda bu görünəcək
-
ABŞ Aİ mallarına 50% gömrük rüsumu tətbiq edə bilər - Bu barədə Tramp paylaşım edib
-
Ölkədən çıxışına “stop“ qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
-
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
-
Rayonlara leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Anadolu Ankası - 2025“ təlimi başa çatıb - VİDEO
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnənə açıqlandı
-
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
“Xaricdən gələn şəxslərdən “Şuşa əlahiddə taboru” yaradılmışdı“ - Manukyan məhkəmədə açıqladı
-
Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA
-
Nazirlik 14 ədəd “Hyundai” alır - 880 min manata
-
Yeni dəyişiklik onların cibinə - Necə təsir edəcək?
-
Zaur Mikayılovun keçmişə U dönüşü - Sabirabad Suvarma Sistemlərində nə baş verir?
-
Məhkəmə tiktoker Vüqar Zeynalzadə haqqında qərar verdi - Həbs qətimkan tədbirinin müddəti uzadılıb
-
15 yaşlı qızı qaçıran şəxsə - Bu cəza verildi
-
Azərbaycana iribuynuzlu heyvan və qoyun idxalı kəskin artıb - Ölkələr və qiymətlər
-
Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi
TOP 10
ARXİV