Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Nazir və səfirlər Düşənbədə Azərbaycanla bağlı sərgidə - Fotolar

Tarix 21.05.25, 17:54

Font ölçüsü : - / +
bitmap-img6


Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində mayın 20-də bu ölkənin Milli Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.

AzFakt.com xəbər verir ki, mərasimdə Azərbaycan mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Düşənbədəki səfiri Əlimirzamin Əskərov, eləcə də Türkiyə, Pakistan, Türkmənistan və digər ölkələrin səfirləri, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.

Tacikistan Milli Muzeyinin direktoru Zafarşo İbrohimzoda muzey haqqında məlumat verib, Azərbaycanın mədəni irsi ilə bağlı sərginin rəhbəri olduğu muzeydə keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərginin konsepsiyası haqqında söz açıb. Sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib, qonaqlar ekspozisiya ilə tanış olublar.

Məlumat verilib ki, ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur. Sərgidə xalçalarla yanaşı, məişətdə geniş istifadə edilmiş xurcun, çul kimi məmulatlar da yer alır.

Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbi-hicran”, “Leyli və Məcnun” xalçaları da ekspozisiyanın ən maraqlı nümunələrindəndir.

Sərgidə, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında” adlı ekspozisiyası yer alıb. Ekspozisiyanın ana xəttini Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il 200 illik yubileyi geniş qeyd olunan görkəmli rəssam M.Q.İrəvaninin (1825-1875) AMİM-də qorunub saxlanılan əsərlərinin və onun yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayişi təşkil edir. Burada Azərbaycan Fotoqraflar Birliyinin “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi də tamaşaçılara təqdim olunur.

Sərgi 44 günlük Vətən müharibəsində Ordumuzun şanlı Zəfərinin beşinci ildönümünə həsr edilib. Nümayiş olunan fotolarda otuzillik işğal zamanı erməni vandalizminə məruz qalmış tarix-mədəniyyət abidələri və digər infrastruktur obyektlərinin dağıdılmış vəziyyəti və işğaldan sonra dövlətimiz tərəfindən aparılan bərpa prosesi öz əksini tapıb.






Xəbərin oxunma sayı : 118




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap