“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Naxçıvan büdcəsində tarixi ilk: 60 milyon manatlıq fərq

Tarix 13.08.26, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


Yerli gəlirlər dotasiyanı üstələdi

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində həyata keçirilən kadr və struktur islahatlarının əsas məqsədinin qədim diyarın davamlı inkişafını təmin etmək, insanların rahat, təhlükəsiz və firavan yaşayışını təmin etmək olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, deputat Vüqar Bayramov Naxçıvanda son illərdə aparılan islahatların muxtar respublikanın büdcə gəlirlərinə də müsbət təsir göstərdiyini açıqlayıb.

Onun sözlərinə görə, Naxçıvanın 2026-cı il büdcəsinin gəlirləri və xərcləri 483 milyon 178 min manat müəyyən edilib. Büdcə gəlirlərinin 2025-ci illə müqayisədə 31 faiz artacağı gözlənilir:

Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq

"Naxçıvanda son illər həyata keçirilən islahatlar muxtar respublikanın büdcə gəlirlərinə də təsirsiz ötüşməyib. Naxçıvan büdcəsindəki şaxələnmə büdcə gəlirlərinin dayanıqlığını artırıb.

Naxçıvanın 2026-cı il büdcəsinin gəlirləri 483 milyon 178 min manat, xərcləri isə 483 milyon 178 min manat məbləğində təsdiq edilib. Muxtar respublikanın bu ilki büdcə gəlirləri 2025-ci ilə nisbətən 31 faiz çox olacaq. Bununla yanaşı, ən vacib məqam 2026-cı il üzrə büdcə gəlirlərinin ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini üstələməsidir. 2026-cı ilədək dövlət büdcəsindən dotasiyanın məbləği hər zaman yerli mənbələrdən yığılan gəlirlərdən çox olub. Fiskal baxımdan 2026-cı ildə Naxçıvan yeni bir ilk qeydə alınacaq.

Bu il muxtar respublikanın büdcə gəlirlərində daxili mənbələrin payı 271 milyon 550 min manat olacaq. Dövlət büdcəsindən daxil olan dotasiya isə 211 milyon 628 min manat nəzərdə tutulub. Bu o deməkdir ki, 2026-cı ildə yerli mənbələrdən əldə edilən vəsait dövlət büdcəsindən ayrılacaq dotasiyanı 60 milyon manat üstələyir.

Naxçıvanda islahatların dərinləşməsi növbəti illərdə fiskal dayanıqlığı daha da gücləndirəcək. İslahatlar daha çox iqtisadi inkişaf və büdcə gəlirləri deməkdir".



Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap