“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

SDU-nun rektor əvəzi professorluqdan niyə məhrum edilib? - Açıqlama

Tarix 14.01.26, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbi açıqlanıb.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Sakin Cabbarov məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Əminağa Bəhmən oğlu Sadıqov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.2-ci yarımbəndinə əsasən elmi ad verilməsi proseduru pozulduğu səbəbindən professor elmi adından məhrum edilib.

Qeyd edək ki, bir müddət əvvəl Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsi ilə bağlı xəbərlər yayılmışdı.



Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap