Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonaları yaradılır - YENİ QAYDA

Tarix 04.03.26, 16:44

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın beynəlxalq hava limanlarında üçüncü ölkəyə gedənlər üçün tranzit zonalarının yaradılması nəzərdə tutulur.

AzFakt.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair" Qaydalarda öz əksini tapıb.

Sənədə əsasən, hava limanından üçüncü ölkəyə gedən hava gəmisinin heyət üzvlərinin, sərnişinlərinin və onların baqajlarının sərhəd nəzarəti prosedurlarını keçmədən və 24 saatdan artıq olmayan müddət üçün viza tələb olunmadan aeroportda qala bilmələri üçün tranzit zonaları yaradılacaq.

Bundan başqa, Miqrasiya Məcəlləsinə uyğun olaraq, əcnəbi və ya xarici ölkədə daimi yaşayan vətəndaşlığı olmayan sərnişinlər təyyarə dəyişmədən ölkənin ərazisindən tranzitlə uçduqda, hava limanının tranzit zonasında sərhəd nəzarəti prosedurlarını keçmədən təyyarə dəyişməklə təyinat ölkəsinə getdikdə, Azərbaycanın dövlət sərhədini keçməyə imkan verən digər vizalar verilmiş və ya Azərbaycan ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin vətəndaşları olduqda, tranzit keçid üçün tranzit vizası tələb edilməyəcək.



Xəbərin oxunma sayı : 973




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap