“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

Tarix 31.07.26, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Məhəmməd Hadi küçəsində yerləşən 17 mərtəbəli binanın sakinləri binada aparılan tikinti işlərindən narahatdır.

AzFakt.com "xezerxeber.az”a istinadla xəbər verir ki, sakinlərin dediklərinə görə, yaşadıqları binanın altındakı ticarət mərkəzinə metrodan keçid tikmək istəyirlər.

Sakinlər bildiriblər ki, aparılan işlərdən evlərində rahat yaşaya bilmirlər.

Özünü binanın komendatı kimi təqdim edən İsa Talıblı isə deyib ki, sakinlərin tikinti gedir dedikləri ərazi binaya deyil, metroya aiddir və bunun binaya heç bir aidiyyəti yoxdur.

Məsələ ilə bağlı "Bakı Metropoliteni”ndən bildirilib ki, "Həzi Aslanov" stansiyasının 5-ci çıxışı istiqamətində yerləşən ticarət mərkəzi tərəfindən həmin əraziyə birbaşa keçidin təşkili ilə bağlı təmsil etdiyi quruma müraciət olunub.

Müraciətə baxılaraq, "Bakı Metropoliteni”nin müəyyən etdiyi texniki şərtlər, tikinti norma və qaydaları, eləcə də bütün təhlükəsizlik tələblərinin tam təmin edilməsi şərti ilə keçidin inşasına razılıq verilib. Yeni keçid sərnişinlərin hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də sərnişin axınının daha səmərəli yönləndirilməsinə xidmət edəcək.




Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap