| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Rusiyaya qarşı psixoloji müharibə aparmağın yolları – “Politico”
Tarix 19.09.22, 13:47 |
|
ABŞ-ın “Politico” qəzetində Rusiyaya qarşı psixoloji müharibənin aparılması yolları haqda məqalə dərc olunub. Məqalənin müəllifləri vaxtilə ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra etmiş Devid Şedd və Demokratiyanı Müdafiə Fondu nəzdindəki Media Dürüstlüyü Mərkəzinin məsləhətçisi İvana Stradnerdir.
Novator.az saytının məlumatına görə, məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putinin söykəndiyi təbliğatı puça çıxarmaq, ifşa etmək gərəkdir və ABŞ-ın buna nail olmaq üçün real imkanları var.
Fevral ayından Rusiyanın Ukraynada total müharibəyə qərar verib yeni ərazilər işğal etdiyini, son həftələrdə isə ukraynalıların uğurlu əks-hücumları qarşısında duruş gətirməyib geri çəkilməyə başladığını xatırladan məqalə müəllifləri bildirirlər ki, Ukrayna uğrunda mübarizənin qələbə ilə bitməsi üçün təkcə döyüş meydanında yox, psixoloji müharibə müstəvisində də irəliləmək gərəkdir.
Müəlliflərin fikrincə, ABŞ Ukraynanın yüksək texnologiyalı silahlarla təmin olunmasına liderlik etdiyi kimi Rusiyaya qarşı psixoloji müharibənin aparılması prosesinin də başında durmalıdır.
Rusiyada millətçi əhval-ruhiyyənin gücləndiyini, hazırda Rusiya vətəndaşlarının 56 faizinin sovet diktatoru İosif Stalina “böyük rəhbər” kimi baxdığını xatırladan məqalə müəllifləri hesab edirlər ki, əslində bu vəziyyət ABŞ-a Kremllə psixoloji müharibədə yeni fürsətlər verir: “Məsələ burasındadır ki, Putin Ukraynada qanlı müharibə aparmaqla 20 ildən çoxdur millətçi ritorika ilə təbliğ etdiyi “əzəmətli Rusiya”nı daxildə də, xaricdə də ayaq altına atıb. Təsirli informasiya əməliyyatları ilə bunu vurğulamaq, rusiyalılara onların ölkəsinin beynəlxalq aləmdə hörməti və nüfuzu olan bir dövlətdən təcrid edilmiş ölkəyə çevrildiyini anlatmaq lazımdır. Bu, bir çox rusiyalıda ölkənin itirilmiş şöhrətini qaytarmaq istəyinə stimul verə bilər.
Eyni zamanda Putinin neçə vaxtdır aşılanan güclü lider imicini sarsıtmaq Kremlpərəst seçicilər arasında ona dəstəyi zəiflədə bilər”.
Məqalədə qeyd olunur ki, belə məlumatlar Rusiya ictimaiyyətinə, o cümlədən millətçi kəsimə Putinin müharibəni necə zəif idarə etdiyini göstərə bilər.
Məqalə müəllifləri Putinin və onun adamlarının korrupsiya yolu ilə əldə etdiyi qazancın ifşasını da vacib sayırlar: “Uğurlu təbliğat kampaniyası zamanı rusiyalı oliqarxların sərvəti ifşa edilməli, eyni zamanda 20 milyona yaxın rusiyalının yoxsulluq içində yaşadığı bir dövrdə Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillin 40 min dollarlıq “Breguet” saatından necə zövq aldığına diqqət yönəldilməlidir.
Bu cür təbliğatda yumor da güclü vasitə ola bilər. Rusiyada sərt senzura dövründən “Dilin sənin ən qəddar düşmənindir” kimi bir fikir formalaşıb. Yəni sağ qalmaq istəyirsənsə danışığına diqqət yetirməlisən.
2019-cu ildə Rusiya parlamenti dövlətə, onun rəsmilərinə və ölkə cəmiyyətinə “açıq-aşkar hörmətsizliyə” görə həbs cəzası nəzərdə tutan qanun qəbul edib. Amma hətta Stalin də siyasi etirazın ən populyar formalarından olan satiranı dayandıra bilməmişdi.
İndi ABŞ informasiya əməliyyatları ilə yumora meyli canlandırmalı, ruslara öz zarafatlarına duz qatmaq imkanı verməlidir. Ukraynada müharibə başlanandan bəri Putin Stalin irsinə çoxsaylı istinadlar edib. Götürək elə Stalinin “Həyatımız daha şən, daha gözəl olub, yoldaşlar!” şüarını. Putini ələ salmaq üçün bu şüarı Rusiyanın hazırkı durumuna asanlıqla şamil etmək olar.
Kreml bilir ki, yumor informasiya əməliyyatlarında təhlükəli alətə çevrilə bilər. Cəmi bir neçə il əvvəl Rusiya Mədəniyyət Nazirliyi satirik hit sayılan “Stalinin ölümü” filminin nümayişinin qadağan olunması haqda qərar qəbul edib. Nazirlik öz qərarını filmin “ekstremizmə xidmət etməsi və rus xalqını alçaltmaq məqsədi daşıması” arqumenti ilə əsaslandırmağa çalışıb. Ancaq informasiya məkanına daxil olmuş hər satiranı izləmək və bloklamaq da mümkün deyil.
ABŞ-ın informasiya əməliyyatları həm də Rusiyada yaşayan etnik azlıqlar arasında Kreml əleyhinə ovqatı körükləməyə yönəlməlidir. Buryatlar, yakutlar, çeçenlər daima Rusiyada ayrı-seçkiliyə məruz qalırlar, dövlət isə həmişə buna göz yumur.
Bəlli olduğu kimi Rusiya Ukrayna döyüşlərinə etnik azlıq nümayəndələrini daha çox cəlb edir. Nəticədə etnik azlıqlar arasında itkilər çoxalıb. Bu isə Kremlin kasıb bölgələrdə yaşayan, məşğulluq imkanlarından məhrum insanları daima istismar etdiyinə növbəti sübutdur.
Putin etnik azlıqların çoxmillətli Rusiyanı parçalaya biləcək separatçı hərəkatlar yarada biləcəyindən də ehtiyatlanır. Ona görə də öz hakimiyyət sistemini etnik azlıqlara sırımağa çalışır. Məsələn, Moskva hələ 1990-cı illərdə müstəqilliyə qərar vermiş Tatarıstan Respublikasının rəhbərini bu yaxınlarda respublika prezidenti titulundan məhrum edib. Vaşinqton elə etməlidir ki, Rusiyada hər bir tatar nə itirdiyinin fərqinə varsın və öz hüquqları uğrunda mübarizəyə qalxsın.
Soyuq müharibə dövründə ABŞ açıq və gizli şəkildə müxalif sovet qruplarına dəstək verirdi. Mühacirətdə olan rusiyalı dissidentlərlə ünsiyyət qurmaq, onlara tribuna vermək yenə lazımdır, amma bu nə qədər vacib olsa da, sadə rusiyalıların rəyini dəyişdirmək baxımından ən təsirli vasitə sayıla bilməz. Putinpərəst rusiyalılar dissidentlərin kanallarını izləmirlər. Onları fəth etməyin ən təsirli yolu Rusiya cəmiyyətinin öz içində iş aparmaqdır.
Rus mədəniyyətinin ən vacib elementlərindən biri etimaddır. Rusiyalılar müxalif fikri etibarlı hesab etdikləri mənbədən eşidəndə öz ayıq-sayıqlıqlarını itirirlər. Ona görə ABŞ Kremlin Rusiyada yaydığı dezinformasiyaları zəiflətmək üçün sosial mediada nüfuzlu rusdilli şəxslərlə əməkdaşlığa can atmalıdır.
Neçə ildir Putin Qərbin informasiya məkanına fəal şəkildə təsir göstərir. O, Avropada, ABŞ-da seçkilərə müdaxilə edib, Birləşmiş Ştatlarda vətəndaş qarşıdurmasını qızışdırıb, hər vəchlə demokratik institutları zəiflətməyə çalışıb. İndi ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiya diktatorunu müdafiəyə çəkilmək məcburiyyətində qoya bilər. ABŞ-ın Rusiya ərazisində effektiv informasiya əməliyyatları aparması üçün kifayət qədər imkanları var. Putinin indi gerçəkdən zəif olduğu haqda sadə həqiqəti yaymaq isə ən güclü silahdan da təsirli vasitədir”.
Xəbərin oxunma sayı : 1033
Analiz
Xəbərlər
-
ABŞ və İsrailin İran planı: Qonşu ölkələrin sərhədləri...
-
Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar
-
Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?
-
Son 6 ayda ən çox bahalanan və ən çox ucuzlaşan avtomobillər - Siyahı
-
Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
-
“Bank BTB“nin lisenziyası ləğv edildi: “T-Kredit“ BOKT-a lisenziya verildi
-
Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının təlimi başa çatıb - FOTO
-
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Rusiya Kiyevdə ABŞ zavodunu vurub - Ayda 1000-ə yaxın PUA istehsal edirdi
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTOLAR
-
Prezident Çolpon-Atada qeyri-rəsmi görüşdə iştirak edib - FOTOLAR
-
İxtisas qruplarında keçid balı necə dəyişəcək? - Sədr açıqladı
-
Sumqayıt Tibb Mərkəzinə YENİ TƏYİNAT: Direktor vəzifəsi ona həvalə olundu
-
Amerika şirkətləri Trampın layihələrinə nə qədər ianə edib? - Açıqlandı
-
Bakıda ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR
-
İnsan alverinə qarşı mübarizə gücləndirilir: Dövlət qurumlarına tapşırıqlar verildi
-
“Aqrarkredit” qalmaqalı: “Azərinşaatservis”in məsələsi araşdırlacaqmı?
-
Barışıq adı ilə evə çağırıb işgəncə verdilər: Ağstafada dəhşətli hadisə
-
FHN-in qərarına əməl etməyən obyekt yenidən bağlandı - Video
-
Avqustun ilk günündə hava necə olacaq? - PROQNOZ
-
“Qarabağ“ “Dinamo“nu keçsə, kiminlə qarşılaşa bilər? - SİYAHI
-
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
-
Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? - SİYAHI
-
Rinoplastika əməliyyatı faciə ilə nəticələnmişdi: İki həkimə 3 il həbs verildi
-
“Strateji valyuta ehtiyatları 40 aylıq idxala kifayət edir“ - AMB sədri
-
Prezident Çolpon-Atada qeyri-rəsmi görüşdə iştirak edir - FOTO
-
İndiyədək “Heydər Əliyev“ ordeni ilə təltif olunan ictimai və siyasi xadimlər - SİYAHI
-
Azərbaycanda dəhşətli qəza: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı-Ölənlər var
-
Təbii qaz istehlakının 45%-i Bakı və Abşeronun payına düşüb - Rayonlar üzrə siyahı
-
Süni intellektlə hazırlanan reklam qalmaqal yaratdı: “Cəbiş müəllim“in qızından etiraz
-
Rusiya yanacaq ixracına yenidən qadağa qoydu - BÖHRAN DƏRİNLƏŞİR
-
ABŞ senatoru Netanyahunu görüşə şortla gəldi, gündəm oldu - Fotolar
-
Novxanıda dənizkənarı ərazidə qanunsuz tikinti aparılır? - VİDEO
-
Vüsal Aslanov yeni təyinatlar etdi, bir nəfəri işdən çıxardı - FOTO
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi - FOTOLAR
-
“Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar“ - Sadır Japarov
-
Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - Fotolar
-
İlham Əliyevlə həmkarı təkbətək görüşdü - FOTOLAR
-
Obyektləri qıfıllanan sahibkarların narahatlığı: Sənədlər təftiş olunur - VİDEO
-
Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
UEFA Konfrans Liqası: “Neftçi” və “Zirə” mübarizəni dayandırıb
-
Səhiyyə Nazirliyi uşaqlar üçün 300 min doza vaksin alınacaq: 13 milyon manata
-
Rusiyalı milyarder saxlanıldı - Fırıldaqçılıqda şübhəli bilinir
-
Mübahisə etdiyi şəxsi bıçaqlayıb qaçdı – Polis saxladı
-
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edildi - FOTO
-
Bakı metrosunda baş verən problemin səbəbi nə olub? - VİDEO
-
Fransanın Martin Rayan məsələsinə dair bəyanatına - Rəsmi Bakıdan cavab
-
Notarius həbs edildi - Külli miqdarda dövlət vəsaitini mənimsəyib
-
Dünyada ən çox mineral istehsal edən 25 ölkə – SİYAHI
-
Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı - VİDEO
-
Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO
-
Beynəlxalq axtarışda idi - Ukraynadan Azərbaycana gətirilir
-
Nikah azalır, doğum enir: Azərbaycanı hansı demoqrafik gələcək gözləyir?
-
Prezident həmkarları ilə qolf oynadı - FOTOLAR
-
“Gecikdirilən raketlər insan tələfatına və dağıntılara səbəb olur“ - Zelenski
-
Yol istismar idarəsinin hesabına həbs qoyuldu - Direktoru Əliheybət Şirinovun oğludur
-
Netanyahu Trampla İrana qarşı üç mümkün ssenarini müzakirə edib - “Reuters”
-
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı - RƏSMİ
-
Mətbuatda press-reliz yayımı - Aqrar Kredit və İnkişaf Agentliyi 59 min xərcləyəcək
-
Xəzər dənizinin səviyyəsi niyə enir? – İki əsas amil açıqlandı
-
Azərbaycanda hepatit statistikası - Son rəqəmlər
-
Ermənistan ordusundakı intiharlarla bağlı şok etiraf: Paşinyan səbəbləri açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentlə xanımı Qırğızıstana getdi - FOTO
-
Azərbaycanlıların olduğu daha bir gəmiyə hücum edildi - Odessa yaxınlığında
-
NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb - TƏFƏRRÜAT
-
Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum - Ən azı 9 polis həlak oldu
-
Məhkəmədən növbəti oxşar qərar: ölümdə təqsirləndirilən sürücüyə bəraət verildi
-
Avqustda orta aylıq temperatur normadan yuxarı olacaq - Proqnoz
-
Vüsal Nəsirli direktoru işdən çıxardı, yenisini təyin etdi
-
Bu şirkətin direktoru cəzalandırldı: 11 sürücünü qanunsuz işə cəlb edib
-
Şahbaz Şərif Azərbaycanın səfirini qəbul etdi: “Strateji tərəfdaşlıq davam edəcək”
-
Prezident fərman imzaladı: Onlar da xüsusi rabitə ilə təmin olunacaq
-
Aİ-dən Ermənistana əlavə dəstək: Hökumətin ehtiyat fondu 44 milyon avro artdı
-
Bu saytlara məhdudiyyət qoyulacaq - Prezident təsdiqlədi
-
Əmək Müfəttişliyi vəfat etmiş şəxslərə cərimə yazır? - Təfərrüat
-
Azərbaycanda suvarma suyu çatışmayan rayonlar - SİYAHI
-
Rusiya raketi Polşaya düşüb - Ukrayna XİN məlumat yaydı
-
Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO
-
Dövlət Gömrük Komitəsində yeni təyinat: Turqut Vəliyev idarə rəisi oldu
-
Ermənistan İrandan daha çox qaz alacaq: Yeni mərhələ başlayır
-
“Zəfər” Amerika Yay Düşərgəsi uğurla yekunlaşdı - FOTOLAR
-
Ən çox və ən az pensiyaçı olan rayonlar - SİYAHI
-
Netanyahu Zelenski ilə görüşdən imtina edib - SƏBƏB
-
Taxta-şalban Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
Goranboyda 30 əsrlik məkan: 19 illik araşdırmalar zamanı nələr tapılıb? (VİDEO)
-
ABŞ Senatından Rusiyaya qarşı ağır sanksiya paketi - İdxalçılara 200%-lik tariflər gəlir
-
100 milyonluq yeyinti işi: vəzifəli şəxs həbs edilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
ABŞ istəməsə, İsrail İrana hücum etməyəcək - Netanyahu
-
Səhiyyə Nazirliyindən əhaliyə müraciət: Vaxtında vaksinasiya olunmalıdır!
-
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTO
-
Elnur Azadxanov vəzifəsindən azad olundu - Anar Bayramovdan ƏMR
-
Əhali rayonları tərk edərək Bakı və Abşeronda məskunlaşır? - Maraqlı statistika
-
ABŞ Senatından Ukrayna ilə bağlı mühüm addım - Dəstək layihəsi böyük səs çoxluğu ilə dəstəkləndi
-
Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO
-
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
-
Ağdamdakı yanğın genişləndi: Minalanmış ərazilərdə partlayışlar baş verir
-
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
TƏBİB-in rəhbəri baş həkimi vəzifəsindən azad etdi - FOTO
-
Bakalavr və magistraturada ən çox boş qalacaq ixtisaslar - SƏBƏB
-
Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı
-
Azərbaycandan Ukraynaya dəstək: 40 ton avadanlıq göndərildi
-
“E-manat“ın sahibinin dövlətə borcu yaranıb - Küllü miqdarda
-
AAYDA-da daha bir dəyişiklik - Sədr özünə yeni müaşvir götürdü
-
Bakıda külək, rayonlarda leysan olacaq - Sabahın havası
-
Tramp və Vensin dəfn mərasimindəki görüntüləri gündəm oldu - VİDEO
-
“Azərişıq”da kadr dəyişikliyi: Vüqar Əhmədov əmr imzaladı
-
Dünyanın ən borclu ölkələri açıqlandı - SİYAHI
-
Keçid ballarında dəyişiklik olacaq? - AÇIQLAMA
-
Azərbaycanda kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - Açıqlama
-
İran Ukraynaya raket atmaq istəyib - Tehran son anda fikrindən niyə daşınıb?
-
Britaniya baş nazirindən İnfantinoya sərt etiraz: “Futbol satıla bilməz“
-
Evi dağılan sakin üçün müvəqqəti çadır quruldu - VİDEO
-
Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur - Teymur Musayev
-
Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
TOP 10
ARXİV






