Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Polşa rusiyalı arxeoloqu azadlığa buraxıb - Lukaşenko kömək edib

Tarix 28.04.26, 19:27

Font ölçüsü : - / +
bitmap-img6


Polşada həbsdə olan və Ukraynaya ekstradisiya olunmaq təhlükəsi ilə üzləşən rusiyalı arxeoloq Aleksandr Butyagin məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bu barədə açıqlama verib.

"Öz tərəfimizdən rusiyalı tarixçini azad etdik. Bu, Ukraynaya ekstradisiya edilməli olan bir adam idi", - Sikorski TVP Info tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti mübadilənin 28 apreldə Belarus-Polşa sərhədində baş verdiyini təsdiqləyib. Nəticədə Butyagin və rusiyalı hərbçinin həyat yoldaşı Rusiyaya qayıdıb.

Bildirilir ki, Varşava ilə məhbus mübadiləsi “beşə beş” prinsipi ilə baş tutub. "Vətənlərinə qaytarılanlar arasında Belarus, Rusiya və digər MDB ölkələrinin vətəndaşları da var. Onların hamısına lazımi əsas tibbi və məişət yardımı göstərilib", - Belarus DTK-sı bildirib.

FTX-nin məlumatına görə, Butyagin və Rusiya vətəndaşı iki Moldova kəşfiyyat zabiti müqabilində təhvil verilib.

Bu şəxslər 2025-ci ildə saxta sənədlərdən istifadə edərək Rusiyaya gəliblər və kəşfiyyat fəaliyyəti ilə məşğul olublar.

Bildirilir ki, məhbusların mübadiləsində Belarus prezidenti Aleksandr Lukaşenkonun xüsusi rolu olub.

Rus alimi Aleksandr Butyagin 2025-ci ilin dekabrında Varşavada Ukraynanın tələbi ilə saxlanılıb. Ukrayna tərəfi alimi Krımın arxeoloji irsinə zərər vurmaqda ittiham edirdi.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap