Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Yaşayış binalarında kombi qadağandır - Nə ilə əvəzlənəcək?

Tarix 26.04.26, 23:33

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda hazırda mövcud olan və gələcəkdə yeni tikiləcək çoxmərtəbəli binalarda kombi quraşdırmaq qadağandır.

AzFakt.com xəbər verir ki, bunu Energetika Nazirliyinin elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov deyib.

AzTV-nin “EKOetika” verilişində danışan şöbə müdiri vurğulayıb ki, istilikdən nə qədər səmərəli istifadə olunarsa, təbii ki, bu, karbon emissiyalarına, enerji resurslarına qənaət edilməsinə, əhalinin rifah səviyyəsinə və ölkənin ixrac potensialının artırılmaısna müsbət təsir göstərir. Onun fikrincə, istilik təchizatı məsələsinin iqtisadi əhəmiyyəti də nəzərə alınmalıdır.

Ə.Həsənov xatırladıb ki, Prezident İlham Əliyev 2022-ci ildə “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb:

“Sənəd ümumilikdə ölkədə istilik təchizatı sektorunun inkişafını və əsas istilik enerjisi istehsalçısı olan “Azəristiliktəchizat”ın fəaliyyətinin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda Nazirlər Kabinetinə “İstilik təchizatı haqqında” yeni qanunun hazırlanması, qəbulu və Energetika Nazirliyinə istilik təchizatı sektorunda islahatlar və bu sahənin inkişafı perespektivləri ilə bağlı təkliflər hazırlamaq tapşırılmışdı. 2025-ci ildə “İstilik təchizatı haqqında” yeni qanun qəbul olundu”.

Şöbə müdiri vurğulayıb ki, artıq yeni tikilən çoxmənzilli yaşayış binalarının vahid istilik mənbəyindən istilik enerjisi alması nəzərdə tutulub:

“Yəni qeyd etdiyimiz kateqoriyadan olan binalarda mərkəzləşdirilmiş istilik sistemlərinin olması məcburidir. Bundan sonra tikiləcək binalarda mərkəzi istilik sistemi mütləq olmalıdır. Bu tələbdir”.

Onun sözlərinə görə, burada müəyyən istisna hallar olacaq. Ə.Həsənov bildirib ki, Nazirlər Kabineti istisna halları təsdiqləyəcək, amma çox da geniş olmayacaq:

“Burada bərpaolunan enerji mənbələrindən istifadə, təbii qazın olmadığı hallar və mərtəbə-kvadratmetrindən asılı olaraq, nisbətən kiçik binalar nəzərdə tutulur. Amma bu gün Bakıda mövcud olan çoxmərtəbəli və çoxmənzilli binalar artıq mərkəzi istilik sisteminə qoşulmalı olacaq”.

Nazirlik rəsmisi ölkədəki qazanxanaların durumundan da danışıb. O deyib ki, qazanxaların əksəriyyəti sovet dövründə tikilib: “Yeni qazanxanalarla müqayisədə onların enerji istehlakı və idarəetmə xərcləri həddindən çoxdur. Ona görə də iki ilə yaxın müddətdə 12 qazanxanada moderləşdirmə tədbirləri həyata keçirmişik. Həmin qazanxanalar yeni və müasirləri ilə əvəzlənib. Nəticədə onların idarəetmə xərcləri azalıb, təbii qaza ciddi formada qənaət edirlər, keyfiyyətli xidmət göstərirlər.

Amma bunlar kifayət deyil. Hazırda dünyada generasiya sistemləri tətbiq olunur. Onlar həm elektrik enerjisi, həm istilik enerjisi, həm də isti su istehsal edir. Bunlar bütün göstəricilərinə görə çox faydalı sistemlərdir. Bizim xəstəxalarda istifadə olunur və yaxşı nəticələrə gətirib çıxarır. Biz bunu təşviq edirik”.(Yeni Sabah)



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap