Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanda nikahların sayı tarixi minimuma düşdü - Avropada son sıralardayıq

Tarix 28.04.26, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Son illər Azərbaycanda nikahların sayında sürətli azalma qeydə alınır.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2011-ci ildə Azərbaycanda 88 min 145 nikah qeydə alındığı halda, ötən il bu göstərici 48 min 546 olub.

Bu isə o deməkdir ki, son 15 ildə nikahların sayı 2 dəfəyə yaxın azalıb.
Qeyd edək ki, 15 il əvvəl – 2011-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,7 olduğu halda, ötən il bu göstərici 4,7-ə düşüb.

Bu ilin ilk 2 ayında isə əhalinin hər 1000 nəfərinə nikahların sayı tarixi minimuma – 3,2-yə enib. Daha əvvəl Azərbaycanda bu səviyyədə nikah olmayıb. Ən aşağı göstərici ikinci Dünya Müharibəsinin davam etdiyi 1942-ci ildə və koronavirus pandemiyasının yayıldığı 2020-ci illərdə qeydə alınıb. Belə ki, 1942-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların say 3,6, 2020-ci ildə isə 3,5 olub.

Məlumat üçün bildirək ki, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayına görə Azərbaycan Avropa ölkələri arasında son sıralarda yer alır.
Avropa Statistika Bürosunun (Eurostat) açıqladığı sonuncu məlumata görə, Avropa Birliyində əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 3,9 olub. Müqayisə üçün bildirək ki, 15 il əvvəl – 2011-ci ildə Avropada əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,4 olub.

Avropanın ölkələrində və Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı aşağıdakı kimi olub:
Albaniya – 6,8;
Türkiyə – 6,6;
Moldova – 6,1;
Gürcüstan – 5,9;
Latviya – 5,5;
Rumıniya – 5,3;
Avstraiya – 5;
Macarıstan – 4,9;
Serbiya – 4,6;
Estoniya – 4,6;
Slovakiya – 4,6;
Litva – 4,5;
Xorvatiya – 4,4;
Almaniya – 4,2;
İsveç – 4,2;
İsveçrə – 4,1;
Çexiya – 4,1;
Malta – 4,1;
Lüksemburq – 3,8;
Niderland – 3,8;
Finlandiya – 3,8;
Polkşa – 3,7;
İspaniya – 3,6;
Yunanıstan – 3,5;
Portuqaliya – 3,4;
Bolqarıstan – 3,2;
Azərbaycan – 3,2;
Sloveniya – 3;
İtaliya – 2,9.

Məlumat üçün qeyd edək ki, Avropa ölkələrində nikahlarla bağlı sonuncu məlumat 2024-cü ilə, Azərbaycanda nikahlarla bağlı sonuncu məlumat isə bu ilin yanvar-fevral aylarına aiddir.



Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap