Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Qəbələ”nin futbolçusu Sxadadze ilə əlbəyaxa dava etdi - Komandadan qovuldu

Tarix 28.04.26, 17:56

Font ölçüsü : - / +
bitmap-img6


“Qəbələ”nin futbolçusu Turan Manafov “Qəbələ”nin əsas komandasından uzaqlaşdırılıb.

AzFakt.com Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb onun baş məşqçi Kaxaber Sxadadze ilə əlbəyaxa dava etməsi səbəb olub. 

Belə ki, məşqlərin birində gürcüstanlı məşqçi futbolçuya tapşırıqlar verib. T.Manafov isə bu tapşırıqları yerinə yetirə bilməyib. Nəticədə, Sxadadze onu təhqir edib. Bu isə tərəflər arasında əlbəyaxa davaya gətirib çıxarıb. Daha sonra digər futbolçular aranı sakitləşdirib. 

Qeyd edək ki, Turan Manafov müqavilə ilə “Stellenboş”a məxsusdur. 27 yaşlı müdafiəçi ötən ilin yayında Cənubi Afrika Respublikasının (CAR) klubu ilə 3 illik kontrakt bağlayıb.

Bu anlaşma 2028-ci ilin iyununa qədər qüvvədədir. U-21 yığmamızın sabiq üzvünun “Qəbələ“ ilə icarə sövdələşməsi iyunadək nəzərdə tutulub.

8000 dollar maaş qarşılığında “qırmızı-qaralar“ın təklifini qəbul edən Turan sonuncu dəfə martın 21-də meydana çıxıb. O, həmin gün Premyer Liqanın 25-ci turu çərçivəsində “Turan Tovuz“la keçirilən səfər matçının 67-ci dəqiqədə Nuğay Rəşidovun əvəzinə yaşıl sahəyə ayaq basıb. Axır dörd turda isə onun adı iştirak ərizəsinə salınmayıb.



Xəbərin oxunma sayı : 157




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap