Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Malinin paytaxtında komendant saatı elan edilib: Yüzlərlə silahlı öldürülüb

Tarix 26.04.26, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


Malinin paytaxtı Bamako və onun ətraf ərazilərində strateji obyektlərə, o cümlədən beynəlxalq hava limanına hücumlardan sonra komendant saatı tətbiq olunub.

TASS xəbər verir ki, bu barədə Bamako dairəsinin qubernatoru bəyanat yayıb.

"Komendant saatı saat 21:00-dan (Bakı vaxtı ilə 01:00 - red.) 06:00-dək (saat 10:00 - red.) qüvvədədir və üç gün davam edəcək. Bu tədbir asayişin təmin olunması üçün zəruridir", - deyə qubernator vurğulayıb.

Xatırladaq ki, aprelin 25-də silahlı qruplaşmalar Bamakonun yaxınlığında yerləşən ölkənin ən böyük ordu bazası olan Katiyə hücum ediblər. Onlar, həmçinin paytaxtın beynəlxalq hava limanını atəşə tutublar. Radikal qruplaşmalar ölkənin müxtəlif bölgələrində yerləşən onlarla digər şəhərə də hücumlar təşkil ediblər.

Mali Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, hücumların dəf edilməsi və hökumət qüvvələrinin əks-həmlə əməliyyatları nəticəsində "yüzlərlə silahlı" məhv edilib.



Xəbərin oxunma sayı : 151




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap