| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Azərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?
Tarix 27.04.26, 9:31 |
|
Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzaları tətbiq ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur. Layihəyə əsasən, dilənçiliklə məşğul olan şəxslərə xəbərdarlıq ediləcək, yaxud 100-200 manatadək cərimə tətbiq olunacaq. İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin kifayət etmədiyi hallarda 10 günədək inzibati həbs tətbiq ediləcək. Yetkinlik yaşına çatmayan şəxslərin dilənçiliyə cəlb edilməsinə görə isə 200-500 manatadək cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin kifayət etmədiyi hallarda 15 günədək inzibati həbs nəzərdə tutulur.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Azərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?
"Cəza mexanizmləri ilə dilənçiliyin azalmasına nail olmaq real deyil"
Hüquqşünas Şəbnəm Mirələmli bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə dilənçiliklə bağlı yeni maddənin əlavə olunması avtomatik olaraq bu fəaliyyətin tam qadağan edilməsi demək deyil: "Bu cür dəyişikliklər adətən davranışın tənzimlənməsinə, müəyyən hallarda isə məhdudlaşdırılmasına yönəlir. Yəni qanunverici daha çox ictimai asayişi qorumağı, vətəndaşların rahatlığını təmin etməyi və bəzi hallarda insanların istismarının qarşısını almağı hədəfləyir. Təklif olunan maddə dilənçiliyə görə inzibati məsuliyyət nəzərdə tutursa, bu, faktiki olaraq həmin fəaliyyətin müəyyən formalarının İnzibati Xətalar Məcəlləsi çərçivəsində inzibati tənbeh tədbirləri vasitəsilə tənzimlənməsi deməkdir. Amma bu, o demək deyil ki, dilənçilik tam aradan qalxacaq. Çünki dilənçilik təkcə hüquqi məsələ deyil, eyni zamanda sosial-iqtisadi problemdir. Praktiki baxımdan, dilənçiliyin tam qadağan olunmasının həyata keçirilməsi kifayət qədər çətindir. Bunun bir neçə səbəbi var. Birincisi, dilənçilik çox vaxt yoxsulluq, işsizlik və sosial müdafiə mexanizmlərinin yetərsizliyi ilə bağlı olur. Bu problemlər həll olunmadan yalnız cərimə və ya inzibati tədbirlərlə nəticə əldə etmək mümkün deyil. İkincisi, bəzi hallarda dilənçilik arxasında təşkil olunmuş qruplar və ya insan alveri elementləri dayanır ki, bu da cinayət hüququ müstəvisində mübarizə tələb edir".
Hüquqşünas bildirir ki, inzibati həbs və cərimə müəyyən çəkindirici təsir göstərə və qısamüddətli azalma yarada bilər: "Təkcə cəza mexanizmləri ilə dilənçiliyin əhəmiyyətli şəkildə azalmasına nail olmaq real deyil".
Yeni maddə üçün zəruri şərt
Hüquqşünas bildirir ki, məcəllədə yeni maddənin nəzərdə tutulması zamanı onun mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılması zəruridir: "Təklif olunan maddə İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərinə, xüsusilə inzibati məsuliyyətin əsaslarına, proporsionallığına və hüquqi müəyyənlik tələbinə uyğun olmalıdır. Eyni zamanda, norma Konstitusiya ilə təmin olunan əsas hüquq və azadlıqlara ziddiyyət təşkil etməməlidir. Bundan əlavə, yeni maddə sosial müdafiə, uşaq hüquqları və insan alverinə qarşı mübarizə sahəsində qüvvədə olan digər normativ aktlarla sistemli şəkildə uzlaşdırılmalıdır".
"İnternet dilənçiliyi" və ciddi cəzalar
Ş.Mirələmli vurğuladı ki, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya kimi ölkələr "internet dilənçiliyi" də daxil olmaqla bəzi formaları qadağan edərək ciddi inzibati tənbeh və cəzalar müəyyən ediblər: "Bu ölkələrdə cərimələr, hətta azadlıqdan məhrumetmə kimi sərt cəzalar tətbiq edilir. Azərbaycandakı təkliflər bir sıra ölkələrin inzibati tənzimləmə yanaşmalarına oxşardır. Lakin beynəlxalq praktika göstərir ki, yalnız tənbeh və cəza mexanizmləri ilə problemi həll etmək geniş tətbiq olunan model deyil".
Risk qrupuna daxil olan uşaqlara sosial nəzarət
Yetkinlik yaşına çatmayan şəxslərin dilənçiliyə cəlb edilməsinə gəldikdə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli bildirib ki, uşaqların bu fəaliyyətə cəlb olunmasının qarşısını almaq məqsədilə kompleks və çoxşaxəli tədbirlər həyata keçirilir: "İlk növbədə risk qrupuna daxil olan, çətin həyat şəraitində yaşayan və küçə həyatına məruz qalma ehtimalı yüksək olan uşaqlar müəyyən edilir. Bu proses digər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə aparılır və əldə olunan məlumatlar əsasında həmin uşaqlar üzərində sosial nəzarət gücləndirilir. Xüsusilə, küçə həyatına məruz qalan uşaqlar aşkar edilərək təhlükəsiz mühitə yönləndirilir, sosial xidmətlərə cəlb olunur və hüquqları bərpa edilir. Eyni zamanda, komitə tərəfindən ictimai maarifləndirmə işlərinə də xüsusi önəm verilir. Valideynlər və uşaqlar üçün maarifləndirici materiallar hazırlanır və əhalinin sıx toplaşdığı məkanlarda yerləşdirilir".
Uşaqların dilənçiliyə cəlb olunmasında əsas səbəblər
Komitə rəsmisi bildirir ki, valideyn, qəyyum və ya himayədar tərəfindən uşaqların dilənçiliyə cəlb olunması halları aşkar edildikdə, məsələyə operativ və kompleks yanaşma tətbiq edirlər: "Təcrübə göstərir ki, bu kimi halların əksəriyyəti valideyn məsuliyyətsizliyi və ya bəzi hallarda uşaqların qəsdən küçə həyatına yönləndirilməsi ilə bağlı olur. Belə hallarda digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. İlk mərhələdə uşağın hüquqlarının pozulub-pozulmadığının müəyyən edilməsi üçün hərtərəfli araşdırma aparılır. Bu çərçivədə uşağın ailə mühiti qiymətləndirilir, valideyn və ya himayədar tərəfindən uşağın dilənçiliyə məcbur edilib-edilməməsi, təhlükəsizliyinin, sağlamlığının və mənəvi inkişafının təhlükə altında olub-olmaması araşdırılır. Eyni zamanda uşağın şəxsiyyətini təsdiq edən sənədlərin mövcudluğu və ümumi sosial vəziyyəti də yoxlanılır. Araşdırmalar nəticəsində uşağın həyat və sağlamlığına, habelə mənəvi inkişafına təhlükə yaradan hallar müəyyən edildiyi təqdirdə, qüvvədə olan qanunvericiliyə, o cümlədən Ailə Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq uşağın ailədən götürülməsi məsələsinə baxılır. Bu proses yalnız uşağın mənafeyinin qorunması prinsipi əsasında həyata keçirilir və müvafiq sosial xidmət müəssisələrinə yerləşdirilir".
Xəbərin oxunma sayı : 157
Sosial
Xəbərlər
-
Ayağında 3 barmağı olsa da, hərbi xidmətə göndərildi - Rəsmi açıqlama
-
Barat Yusubovla Vüqar Qurbanovun tibb imperiyası... - Şok siyahı
-
MSK-nın tərkibi yenidən formalaşdırıldı - Siyahıda Məzahir Pənahovun da adı var
-
İlham Əliyev Qəbələdə Andrey Babişi qarşıladı - Fotolar
-
Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib - Mətn
-
Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır
-
Dünyanın nəfəsi dar boğazlarda qalıb: Benzin bahalaşacaq?
-
“PAŞA Bank“ın faiz gəlirləri yüksəlib: bank pulu nələrdən qazandı?
-
Amnistiya aktının icrası başa çatdı - 22 935 şəxsə şamil edildi
-
Bir milyon dollara cəmi 16 kvadratmetrlik ev: Dünyanın ən bahalı şəhəri açıqlandı
-
İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib - “Axios“
-
Azərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?
-
Binaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...
-
Xaricdən mal sifariş verənlərə vacib xəbər: Gömrükdən sərt dəyişiklik
-
Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
-
Polşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı?
-
Yaşayış binalarında kombi qadağandır - Nə ilə əvəzlənəcək?
-
Bu il buraxılış imtahanlarında maksimum bal toplayanların sayı azdır - VİDEO
-
Avtoyuma məntəqəsindən maşın qaçıran şəxs qəza törədib - Belə haldan sığorta var?
-
Kürün daşması nəticəsində İmişlidə əkin sahələri su altında qalıb - VİDEO
-
Borca görə ölkədən çıxışa hansı hallarda məhdudiyyət qoyula bilər? - VİDEO
-
Neft bazarının əvvəlki səviyyəsinə qayıtması üçün bir neçə ay lazımdır - Novak
-
Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər
-
Binəqədi rayonunda dayandırılmış qanunsuz tikinti yenidən başladı - Müəmmalı icazə
-
Azərbaycan derbisi: “Qarabağ“ “Neftçi“ni darmadağın etdi
-
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur - BMT
-
Çexiyanın baş naziri Azərbaycana səfərə gəldi - FOTO
-
Trampdan atışmadan sonra ilk açıqlama: “Yaxşı vəziyyətdəyəm“
-
“Metronun vəziyyəti məni dəhşətə gətirdi” - Memar
-
Çörəyə çıxdılar, qayıdanda evlərini yerlə bir gördülər - Paytaxtda qalmaqallı söküntü (VİDEO)
-
Azərbaycanda imtahanından qayıdan şagirdlər qəzaya düşdü: xəsarət alanlar var
-
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - Video+Fotolar
-
Çernobıl faciəsinin 40 ili... - ABŞ, Ukrayna və Aİ Rusiyanı ittiham edir
-
Aprelin 27-də hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - Xəbərdarlıq
-
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI
-
“Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır“ - İlham Əliyev
-
Bazarda qiymətlər “əridi”: Meyvə-tərəvəz ucuzlaşdı
-
Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı“na layiq görüldü
-
“WhatsApp“ və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu
-
Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub - Statistika
-
Güclü külək əsəcək, yağış yağacaq - Sabahın havası
-
Ağdərədə mina partlayıb - Xəsarət alan var
-
Malinin paytaxtında komendant saatı elan edilib: Yüzlərlə silahlı öldürülüb
-
Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi endi - VİDEO
-
Yüz minlərlə evin gecikən “kupça“sı - Çıxış yolu nədir?
-
Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?
-
Bakıda yük maşınları toqquşdu, sürücü xilas edildi - VİDEO
-
Ən aktiv nüvə reaktorları hansı ölkələrdədir? - SİYAHI
-
“Azəraqrar”da skandal qərar - Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir
-
Daşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
-
Vaşinqtonda atışma məni dərindən sarsıtdı, zorakılıq qəti şəkildə pislənməlidir - İlham Əliyev
-
Mənzili olanlara vacib xəbər: Sığortasız evlərə görə cərimələnə bilərsiniz
-
Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...
-
Fransa silahlanmanı sürətləndirir - Hərbi istehsal artırılır
-
Milyonlarla “Bitcoin“ olan kriptocüzdanlar risk altında: Kvant sistemi ilə şifrə qırıldı
-
ABŞ administrasiyasından heç kim atışma zamanı xəsarət almayıb - Donald Tramp
-
10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır (VİDEO)
-
Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Trampın Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açılıb - VİDEO/FOTO
-
Daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Sonuncu intensiv yağıntının fəsadları hələ də qalmaqdadır - VİDEO
-
Prezidentin sosial şəbəkə hesabında Zelenskinin səfəri ilə bağlı videoçarx paylaşılıb - Video
-
Elvin Cəfərquliyevin aqibətinin necə olacağı dəqiqləşdi - “Qarabağ“ın planı bilindi
-
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb - ŞİKAYƏT
-
Bakıda magistral su kəmərlərinin üstünü kimlərə satıblar? - FOTOLAR
-
Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb
-
“Smart Diaqnostika Laboratoriyası“ böhranda: Borcu 600 mini keçdi
-
Ağ Evin sözçüsü analıq məzuniyyətinə çıxır: “Prezidentin nömrəsi hamınızda var“
-
Bakıda parik taxaraq cinayətlər törədibmiş - VİDEO
-
İranda hakimiyyət daxilində fikir ayrılıqları yaranıb? - SEPAH güzəştlərə qarşdır
-
“Neftçi” və “Qarabağ” azarkeşlərə müraciət etdi - Birgə bəyanat
-
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE
-
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Bu ərazilərə isə qar yağacaq
-
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb - Zelenski AÇIQLADI
-
“Əraqçi İranın mövqeyini və şərhlərini Pakistana çatdırdı” - “Əl-Cəzirə”
-
“Dövlət qurumları nasaz avtomobilləri sığortalayır“ - PALATA
-
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“ - Prezident
-
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış etdi - FOTO/VİDEO
-
Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir - Azərbaycan XİN
-
Zelenski İlham Əliyevə təşəkkür etdi - Ölkəsinə yardıma görə
-
Tərtər rayonunda maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
“Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik“ - Volodimir Zelenski
-
XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
-
Almaniya hərbi dəniz qüvvələrini Hörmüz boğazına göndərir - Nazir
-
“Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var“ - İlham Əliyev
-
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?
-
Paşinaynın keçmiş xanımını 6 milyon cərimə gözləyir - Akopyan suallardan yayındı
-
Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Bakıda bu küçədən avtobuslar keçə bilmir - Xaos hökm sürür (VİDEO)
-
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
-
“NATO-ya giriş var, çıxış yoxdur” - ABŞ İspaniyanı cəzalandıra bilməyəcək
-
Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı (FOTOLAR)
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 114 dollara satılır
-
Suriyadakı Rusiya bazası ləğv olunur - Hmeymim təlim mərkəzinə çeviriləcək
-
Dərmandan zəhərlənərək ölən şəxs müəllim imiş - TƏFƏRRÜAT - VİDEO
-
Təhlükəli manevrlər edən sürücü 30 sutkalıq həbs olundu - VİDEO
-
Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO
-
“Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir“ - Fransa Prezidenti
-
Qazinin atasına qarşı dələduzluq: Qadın biznesmenə cinayət işi açıldı
-
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin “müəmmalı“ taleyi
-
“İran danışıqlara hazırdır və təklif üzərində işləyir“ - Tramp
-
Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? - VİDEO
-
Bakıdakı bəzi keçidlərin eskalatorları niyə işləmir? - VİDEO
-
ABŞ Pakistandakı danışıqlarda iştirak etməyəcək - CNN
-
Sumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? - ŞİKAYƏT
-
“Türkiyə dünyanın yeni qütb başlarından biri olmağa ən güclü namizəddir“ - Ərdoğan
-
Abşeronda 19 cinayətin üstü açılıb, 17 nəfər saxlanılıb - VİDEO
-
“Yaxın Şərqdə ilk dəfə ABŞ-nin 3 aviadaşıyıcısı yerləşdirilib“ - CENTCOM
-
Ermənilər yeni faciələr istəmirsə, kənarda vətən axtarışına son qoymalıdır - Paşinyan
-
Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib - SİYAHI
-
“Əgər İran neft ixrac edə bilmirsə, bunu başqalarına da etməyə qoymayacaq“ - İsfahani
-
MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi - 60 manat
-
Putinin reytinqində ardıcıl azalma - Hökumətə də etimad aşağı düşüb
-
Agentliyin yaydığı məlumat yanlışdır - MEDİA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Məcnun Məmmədov vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
“Aİ liderləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbuluna hazırdır“ - Kallas
-
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - Tam siyahı
TOP 10
ARXİV






