Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Beyləqanda Zərifə Əliyevanın 103 illiyi qeyd olundu - FOTOLAR

Tarix 28.04.26, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan Rayon İcra Hakimiyyəti və “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, Gənclər evində baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Beyləqan RMX” publik hüquqi şəxsin rəhbərliyi və kollektivi, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Beyləqan RİH başçısı Ə. Əzizov tədbiri giriş nitqi ilə açaraq akademik Zərifə Əliyevanın zəngin elmi irsindən, Azərbaycan oftalmologiya elminin inkişafında göstərdiyi xidmətlərdən, yüksək insani keyfiyyətlərindən və nümunəvi həkim-ziyalı obrazından bəhs edib. O, Zərifə xanımın adının təkcə elmi mühitdə deyil, bütün cəmiyyət üçün mərhəmət, humanizm və peşəkarlıq simvoluna çevrildiyini vurğulayıb.
Ətraflı

Rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesində dahi rəhbərin ən etibarlı və mənəvi dayaqlarından biri olmuş, bu yüksək mənəvi dəyərlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və humanizm prinsiplərinin daha da güclənməsində öz davamını tapmışdır.

YAP Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov, “Beyləqan RMX”sı publik hüquqi şəxsinin direktoru Bayram Muradov və Rayon Ağsaqallar Şurasının sədri Etibar İmanov çıxışlarında Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərindən, gənc həkimlər üçün örnək məktəb olmasından, onun peşəkar yanaşması ilə yanaşı, insanlara olan yüksək diqqət və qayğısından danışıblar.

Tədbir çərçivəsində Beyləqan RMX-nın həkim əməkdaşları və digərləri də çıxış edib, həmçinin Yuxarı Kəbirli kənd tam orta məktəbinin şagirdlərinin təqdimatında Zərifə Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.






Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap