Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanda lizinq bazarının real durumu: yüksək faiz, sərt şərtlər

Tarix 27.04.26, 17:51

Font ölçüsü : - / +
bitmap-img6

 
Azərbaycanda lizinq şərtləri kifayət qədər cəlbedici deyil. Belə ki, ölkədə lizinq üzrə faktiki illik faiz dərəcəsi 14 faizdən başlayır, halbuki nağd kreditlər üzrə bu göstərici təxminən 11 faizdir. Bundan əlavə, lizinq zamanı ilkin ödəniş tələbi də tətbiq olunur.

Bu fikirləri Milli Məclisdə “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vüqar Bayramov bildirib.

Deputat qanun layihəsi ilə paralel olaraq risk qiymətləndirilməsinin də təqdim olunmasının daha məqsədəuyğun olacağını vurğulayıb.

VUQAR BAYRAMOV.jpg (146 KB)

V. Bayramov beynəlxalq təcrübəyə də diqqət çəkib. Qeyd edib ki, Avropa İttifaqı ölkələrində biznes kreditləri üzrə orta faiz 3,5 faiz, istehlak kreditləri üzrə isə 7 faiz olduğu halda, avtomobil lizinqi üzrə faizlər təxminən 2 faiz civarındadır. Qazaxıstanda isə orta kredit faizi 19 faiz olsa da, avtomobil kreditləri üzrə bu göstərici 14 faiz təşkil edir.

Vüqar Bayramov əlavə edib ki, qanun layihəsində nəzərdə tutulan reyestr qeydiyyatı və hesabatlılıq tələblərinin bazarda rəqabətə təsiri də qiymətləndirilməlidir. Onun fikrincə, bu tələblər lizinq xidmətlərinin bank sektorunda təmərküzləşməsinə səbəb ola bilər.

Deputat minimum nizamnamə kapitalı ilə bağlı tələblərin də qanunda konkret meyarlarla müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Bu yanaşmanın bazara çıxış imkanlarına mənfi təsirlərin qarşısını ala biləcəyini bildirib.

Eyni zamanda o vurğulayıb ki, bir sıra ölkələrdə fiziki şəxslər də lizinq fəaliyyəti ilə məşğul ola bildiyi halda, yeni qanun layihəsi bu imkanı məhdudlaşdırır. Deputat çıxışında ABŞ təcrübəsinə istinad olunsa da, bəzi meyarların, məsələn, bazar dəyərinin 90 faizi və istismar müddətinin 75 faizi ilə bağlı göstəricilərin izahının arayışda əksini tapmadığını da diqqətə çatdırıb.

İqtisadçı Xalid Kərimli deputatın fikirləri ilə razı deyil.

XALİD SON.png (554 KB)

Musavat.com-a şərhində ekspert qeyd edib ki, Avropada avtomobil sənayesi inkişaf edib və buna görə faizlər aşağıdır:

“Banklar riskləri nəzərə alaraq, daha yüksək faizlər təklif etməlidirlər ki, qazana bilsinlər. Nağd kreditləri isə əməkhaqqının 5 mislinə qədər verirlər. Lizinq şərtlərinə gəlincə isə, məsələn aqrar sektorda subsidiyalaşma mexanizmi var. Digər istiqamətlərdə isə lizinq krediti əldə etmək istəyən vətəndaşlar üçün qiymətlər çox bahadır. Nağd kreditlə problemi həll etmək olmur. Banklar kreditlər verərkən riskləri dəyərləndirirlər. Müqayisə üçün deyək ki, ipoteka kreditində əmlak girovu olduğu üçün risk daha aşağıdır. Avadanlıqlar isə sıradan çıxa bilir. Kreditlər arasında faiz xərci həm də müddətdən asılıdır. Müddətdən asılı olaraq, risk yüksəldikdə pulun dəyəri də yüksəlir. Lizinq müqavilələri daha uzunmüddətli olur. Riski yüksək olduğu üçün faizlər yüksəkdir”.



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap