Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Sosial şəbəkədə saxta reklamlar... - Vətəndaşlara xəbərdarlıq olundu

Tarix 28.04.26, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə cəlbedici reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

DİN-dən AzFakt.com-a verilən məlumata görə, sosial şəbəkədə və müxtəlif onlayn platformalarda tez-tez "brend məhsullar çox ucuz qiymətə satılır" kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür.

İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir.

Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, "son fürsət", "məhdud sayda" kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir.

Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir.

"Şübhəli linklərə daxil olmayın, saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın, alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin, emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın. Belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir. Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin", - xəbərdarlıqda vurğulanıb.



Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap