“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mərkəzi bankların aktivləri ÜDM-in neçə faizini təşkil edir? - Ölkələrin siyahısı

Tarix 16.09.26, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


2008-ci il qlobal maliyyə böhranından sonra mərkəzi bankların balans hesabatları əhəmiyyətli dərəcədə böyüyüb.

Yeniavaz.com xəbər verir ki, Beynəlxalq Hesablaşmalar Bankının (BHB) 2026-cı ilin I və ya II rübünə aid son məlumatları əsasında 20 əsas iqtisadiyyat və maliyyə mərkəzi müqayisə edilib.

Burada mərkəzi bankların ümumi aktivləri həmin ölkə və ya iqtisadiyyatın ÜDM-si ilə müqayisə olunur. Yəni göstərici mərkəzi bankın aktivlərinin iqtisadiyyatın ölçüsünə nisbətini göstərir.

Ən yüksək göstərici Honkonqda qeydə alınıb. Burada mərkəzi bank aktivləri ÜDM-in 130,1 faizinə bərabərdir. İsveçrə, Sinqapur və Yaponiyada da bu göstərici 90 faizdən çoxdur.

Dünyanın 20 əsas iqtisadiyyat və maliyyə mərkəzlərində mərkəzi bank aktivlərinin ÜDM-ə nisbəti aşağıdakı kimi olub:
Honkonq – 130,1%;
İsveçrə – 102,5%;
Sinqapur – 95,1%;
Yaponiya – 94,4%;
Tayland – 55,3%;
BƏƏ – 47,1%;
Səudiyyə Ərəbistanı – 40,6%;
Avrozona – 39,0%;
Braziliya – 38,1%;
İsrail – 37,6%;
Çin – 34,4%;
Polşa – 30,5%;
Hindistan – 26,1%;
Böyük Britaniya – 25,8%;
Cənubi Koreya – 21,3%;
ABŞ – 21,2%;
İndoneziya – 19,1%;
Türkiyə – 18,6%;
Meksika – 14,7%;
Avstraliya – 12,9%.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının cəmi aktivləri 34 milyard 836,5 milyon manat olub. 2025-ci ildə Azərbaycanda ÜDM-in 129 milyard 94 milyon manat olduğunu nəzərə alsaq, o zaman Azərbaycan Mərkəzi Bankının aktivləri ÜDM-nin 27%-nə bərabər olub.




Xəbərin oxunma sayı : 739




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap