“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ölkədən qanunsuz pul çıxaran dəstə üzvüləri təşvişdə - Bayram və Şəmməd kimdən gizlənir?

Tarix 16.09.26, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Qanunsuz işlərlə özlərinə həyat quran Nicat Abdulayev, Bayram Hüseynov və Şəmməd Şəmmədov barəsində hüquq mühafizə orqanları araşdırma aparmalı və əmmələrini üzə çıxartmalıdır

Azərbaycandan xarici ölkələrə qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı son illər mübarizə gücləndirilib. Müxtəlif üsullarla ölkədən valyuta çıxaran şəbəkələr barədə cinayət işi açılıb və milyonlarla manat vəsatilərin çıxarılmasının qarşısı alınıb. Ancaq aparılan sərt tədbirlərə baxmayaraq hələ də ölkəmizdən xaricə gizli yollarla vəsaitlərin aparılması ilə məşğul olan dəstələr və şəxslər mövcuddur.

AzFakt.com saytı ötən ay ölkədən gizli şəkildə pul çıxaran şəxslərin bəziləri haqqında oxuculara məlumat vermişdi. Bildirmişdik ki, ölkədən gizli şəkildə valyuta çıxaran dəstənin bir neçəsinin adını müəyyən etmişik. Bunlar Qazax rayon Birinci Şıxlı kənd sakinləri Abdullayev Nicat, Hüseynov Bayram və Şəmmədov Şəmməd adlı şəxslərdi. Mənbə hər üç şəxsin birlikdə çalışdığını və gizli şəkildə qanunsuz olaraq ölkədən valyuta çıxartmaq ”işi” ilə məşğul olan Nicat Abdullayevin,  Bayram Hüseynovun və Şəmməd Şəmmədovun bu yolla yaxşı qazanc əldə etdiklərini bildirir. 

Açıklama yok.
Nicat Abdullayev 

Açıklama yok.
Bayram Hüseynov

Açıklama yok.
Şəmməd Şəmmədov 

Məlumata görə hər üç dəstə üvzü Nicat Abdullayevin, Bayram Hüseynovun, Şəmməd Şəmmədovun və digərlərinin bahalı avtomobillər sürmələri və istirahət mərkəzlərində pullar xərcləmələri ciddi şəkildə nəzərə çarpır.

Apardığımız araşdırmada məlum oldu ki, Nicat Abdullayev 11 NT 111 Range Rover, Bayram Hüseynov isə 77 HB 700 BMV, Şəmmədov Şəmməd 77 MO 570 Lexsus avtomobilləri sürürlər.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

AzFakt.com-un əldə etdiyi məlumata görə hüquq mühafizə orqanları ölkədən qanunsuz pul çıxaran şəxslər barəsində araşdırmalar aparmağa başlayıblar. Mənbə iddia edir ki, hüquq mühafizə orqanlarının ölkədən pul çıxaran şəxslər barəsində araşdırma başlamasından sonra Bayram Hüseynovla Şəmməd Şəmmədov gizlənməyə cəhd edirlər. Nicat Abdullayevin isə araşdırmaya cəlb edildiyi iddia edilir. 

İnanırıq ki, hüquq mühafizə orqanları ölkədən gizli şəkildə qanunsuz pul çıxarılması “işi”ilə məşğul olan Nicat Abdullayevin, Bayram Hüseynovun və Şəmməd Şəmmədovun əməlləri ciddi şəkildə araşdırılacaq və onların qaranlıq işləri barəsində hüquqi qiymət veriləcək.

Araşdırmamız davam edir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1489




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap