“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO

Tarix 17.03.26, 22:36

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlayıb.

Bu ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov Alena Əliyava haqda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar.

AzFakt.com İTV-yə istinadən Prezident İlham Əliyevin ailəsinə qarşı həyata keçirilən şər kampaniyası ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin materiallarına əsaslanan araşdırmanı təqdim edir:

Məlumatda deyilir ki, bloqerlərin qarayaxma və böhtan kampaniyasına başlaması ilə eyni vaxtda Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış mobil nömrə ilə əlaqə saxlamağa çalışır.

Xarici ölkədə olan bu şəxs həmin adamları guya Alena Əliyevaya məxsus olduğunu iddia etdiyi kadrlarla şantaj edir. Bu görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edir.

Açıklama yok.

Faktla əlaqədar DTX-də CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılır.

Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S saxlanılır. O, istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edərək detalları danışır.

Qeyd edək ki, həmin şəxslə bağlı məhkəmə hökmü olmadığından onun kimliyi hələlik anonim saxlanılır.

Bu xəbəri rus dilində oxuyun: Задержано лицо, шантажировавшее семью Президента - ВИДЕО

“11 fevralda Mehman Hüseynovla əlaqə yaratmaq istədim və feysbuk səhifəsində ona mesaj göndərərək xahiş etdim ki, həmin videoları mənə göndərsin. Çox qısa zaman sonra Elman Əliyev və Zəki Səlimov həmin materialları mənə atdılar. Hətta, Elman Əliyev 2 video atmışdı. Baxandan sonra inanmadım ki bu doğru videolardır.

Bütün məlumatları əldə etdikdən sonra Mehriban, Arzu və Leyla Əliyevaların feysbuk səhifələrində mesaj yazdım ki, Alena xanımın şəxsi həyatından əldə etdiyim materiallar var. İşarə etdim ki, onlarla əlaqə saxlamaq istəyirəm. Heç bir reaksiya olmadığına görə fevralın 15-i Heydər Əliyev Fondunun saytında məktub yazıb öz e-mailimi və mobil nömrəmi qoydum. Bildirdim ki, mənimlə əlaqə saxlamasalar, bu məlumatları bütün dünyaya yayacağam”, - saxlanılan şəxs bildirib.

Daha ətraflı reportajda:





Xəbərin oxunma sayı : 1264




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap