“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ərdoğandan “AHBAP“ olayı ilə bağlı ilk açıqlama - “Fürsətcillik edənlər ədalət qarşısında cavab verir“

Tarix 28.07.26, 18:31

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AHBAP" Dərnəyinə (müğənni Haluk Leventin təsisçisi olduğu xeyriyyə təşkilatı) və digər bəzi yardım platformalarına qarşı aparılan maliyyə yoxlamaları və təhqiqatlarla bağlı ilk dəfə rəsmi reaksiya verib.

AzRakt.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə lideri təbii fəlakətlər və çətin dövrlərdə xalqın köməklik və həmrəylik hisslərindən sui-istifadə edənlərə karşı güzəştsiz mövqe nümayiş etdiriləcəyini vurğulayıb.

Ərdoğan çıxışında hüquq-mühafizə və audit orqanlarının fəaliyyətinə toxunaraq kəsərli xəbərdarlıq edib: "Xalqımızın təmiz duyğularını istismar edənlərə, xüsusilə fəlakət günlərində fürsətcillik edənlərə göz yumulmayacaq. Bu cür əməllərə yol verənlər bu gün ədalət qarşısında cavab verirlər".

Qeyd edək ki, son zamanlar Türkiyədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və yardım fondlarının topladığı vəsaitlərin idarə olunması, xərcləmələrin şəffaflığı və maliyyə hesabatlılığı ilə bağlı genişmiqyaslı yoxlamalar həyata keçirilir. Müğənni Haluk Leventin yardım kampaniyalarında toplanan vəsaitlərin təyinatı üzrə işlədilməsi araşdırma mövzusudur.



Xəbərin oxunma sayı : 508




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap