“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Kənd sakinləri çöl donuzlarının hücumundan təşvişə düşüb - Şikayət

Tarix 27.06.26, 18:49

Font ölçüsü : - / +
bitmap-img6


Lerik rayonunun Cəngəmiran kənd sakinləri vəhşi heyvanların yaratdığı təhlükələrlə, həmçinin vurduqları ziyanla üz-üzə qalıb.

Kənd sakinlərinin Musavat.com-a verdiyi məlumata görə, onların əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Bu il kənd ərazisində təxminən 200 hektar torpaq sahəsi əkilib. Kəndin şimal-şərqində yerləşən əkin sahələri qabanların kütləvi hücumuna məruz qalır. Bir müddət öncə sakinlərdən biri taxıl zəmisində 40-dan çox çöl donuzu – qaban sayıb.

Cəngəmiranlılar xüsusilə təsərrüfatla məşğul olan kənd uşaqlarına görə çox ehtiyat edirlər ki, heyvanlar onlara hücum edə bilər.

Yaranmış vəziyyətlə bağlı sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər.

Nazirliyin regional şöbəsinin nümayəndələri sakinlərin rəsmi müraciətinə cavab olaraq əraziyə baxış keçiriblər. Onlarla birgə kəndə gələn ovçular tərəfindən profilaktik tədbirlər görülüb, qabanların qovulmasından ötrü havaya bir neçə dəfə atəş açılıb.

Daha sonra isə Nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən kənd sakinlərinin müraciətinə bu məzmunda rəsmi cavab göndərilib:

“Tərəfinizdən çöl qabanlarının əkin sahələrinə ciddi ziyan vurduğu və problemin həllinə köməklik göstərilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş 15.05.2026-cı il tarixli müraciətiniz sizin iştirakınızla araşdırılıb.

Lerik rayonunun Cəngəmiran kəndi ərazisində sizə məxsus əkin və biçənək sahələrinə çöl donuzlarının ziyan vurması barədə daxil olmuş müraciətinizlə bağlı profilaktik tədbir keçirilib. Keçirilən tədbir zamanı ərazidən çöl donuzlarını kənarlaşdırmaq üçün müvafiq komissiya üzvləri olan ovçular cəlb edilib. Ovçular tərəfindən Lerik rayonunun Cəngəmiran kəndində sizə məxsus olan əkin və biçənək sahəsində, hadisə baş vermiş ərazilərdə havaya atəşlər açılıb. Profilaktik tədbir keçirilən zaman ərazidə çöl donuzları müşahidə olunmayıb”.

Sakinlərin sözlərinə görə, Nazirlik əməkdaşlarının gedişindən sonra da problem aradan qalxmayıb. Belə ki, yenə də qabanların əkin sahələrini viran qoyması halı davam edir. Sakinlər bildirir ki, vəhşi heyvanlar təkcə taxıl sahələrini yox, biçənəkləri də məhv edirlər. Onların otlaq sahələrini eşməsi elə bir mənzərə yaradır ki, sanki ərazi traktor tərəfindən şumlanıb. Beləliklə, sakinlər otlaqların biçilməsi zamanı texnikadan istifadə etmək imkanından da məhrum olub.

Sakinlərin dediyinə görə, vəhşi heyvanların ovlanmasının qadağan edilməsi və belə hallara görə sərt cərimələrin nəzərdə tutulması meşə massivinə yaxınlıqda yerləşən kəndlərin sakinlərini çox çətin vəziyyətdə qoyub. Belə ki, Lerikin Piran və Zuvand bölgələrində də müxtəlif vəhşi heyvanlar, o cümlədən ayı, canavar, çaqqal, tülkü həm insanlara, həm də heyvanlara təhlükə yaradır.






Xəbərin oxunma sayı : 415




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap