“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Həmin vəzifəli şəxsə töhmət verildi - Şəhid ailələri şikayət etmişdi

Tarix 22.06.26, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


Cəlilabadda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb.

AzFakt.com Oxu.Az-a istinadən xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərova töhmət verilib.

Faktı Fizuli Cəfərov təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan edib: “Belə bir hadisə olub. Cəlilabadda 267 şəhid ailəsi var. Onların hər birinə qurban əti göndərmişəm. Ucqar kənddə yaşayan 2-3 şəhid ailəsinə ağırlaşmış ət verilmişdi. O isə qəssabın səhvindən olmuşdu. İsti havada qəssab ətləri sellofan torbalara yığıb, ağzını bağlayıb. Ətlər ucqar kəndə gedib çıxana qədər ağırlaşmışdı. Ətin qurdlaması məsələsi yalandı, amma ət ağırlaşmışdı. Şəhid ailələri şikayət ediblər, icra nümayəndəsi mənə məlumat verdi, dərhal ətləri dəyişdim. Dana ətini qaytarıb, təzə qoç əti göndərdim. Buna görə də icra başçısı tərəfindən töhmət almışam”.

Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib.Sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunub. Görüntülərlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da, artıq aradan qaldırılıb.



Xəbərin oxunma sayı : 220




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap