“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

İntensiv yağışlar Azərbaycanın qərb bölgəsində fəsadlara səbəb olub - VİDEO

Tarix 11.06.26, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Qərb bölgəsinə yağan intensiv yağışların törətdiyi fəsadlar Daşkəsən rayonundan da yan keçməyib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Qurquşlu və Zağalı kəndlərində sel suları fərdi təsərrüfatlara, kənddaxili yollara və digər infrastruktur obyektlərinə ziyan vurub.

Gəncə-Daşkəsən və Quşçu-Çovdar avtomobil yollarında, həmçinin rayonun müxtəlif ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütlələri qoparaq yollara töküldüyündən, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Əsasən Quşçu kəndində bir neçə vətəndaşa məxsus fərdi yaşayış evlərinə, zirzəmilərə və həyətlərə su dolub.

Bəzi ərazilərdə xırdabuynuzlu heyvanlar sel sularında tələf olub, nəticədə iki fermerə külli miqdarda maddi ziyan dəyib.

Məsələ ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon Fövqəladə hallar komissiyasının rəhbərliyi ilə aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Avtomobil yollarında hərəkətin bərpası üçün xüsusi texnikalar cəlb olunub, qaya və palçıq kütlələrinin təmizlənməsi işləri davam etdirilir. Elektrik enerjisinin, qazın və içməli suyun verilişində fasilələr yaranmayıb.

Güclü yağış Goranboy rayonunda da fəsadlar törədib. Rayonun Qazanbulaq qəsəbəsində yağışdan sonra yaranan sel suları körpünü təhlükəli vəziyyətə salıb. Sel suları nəticəsində körpünün kənarlarında uçma və çökmələr qeydə alınıb. Yağış, şimşək və külək Goranboyun Boluslu, Məşədiqaralar, Eyvazlılar və digər bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub.






Xəbərin oxunma sayı : 391




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap