“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Avropa Putinlə danışacaq lider axtarır - Stubb imtina etdi

Tarix 11.06.26, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Finlandiya Prezidenti Aleksandr Stubb Vladimir Putinlə Avropa arasında potensial danışıqlarda Avropanın təmsilçisi statusunda çıxış etməkdən imtina edib. Onun fikrincə, bu missiyanı E3 qrupu - Fransa, Almaniya və Böyük Britaniya yerinə yetirməlidir.

"Şəxsən mən özümü bu məsələdə təmsilçi kimi görmürəm. Düşünürəm ki, əsas oyunçuların, yəni Fransa, Almaniya və Birləşmiş Krallığın təşəbbüs göstərməsi vacibdir". 

Stubb bunu mediaya açıqalmasında deyib.

Bununla belə, o, Finlandiya və Norveç kimi ölkələrin danışıqları arxa planda asanlaşdıra biləcəyinə inandığını qeyd edib.

Stubb həmçinin hazırda Kremllə dialoqa başlamaq üçün uyğun vaxt olduğunu vurğulayıb: "Ukrayna hazırda güclü hərbi, siyasi və iqtisadi mövqedədir. Buna görə də, hesab edirəm ki, Avropanın Rusiya rəhbərliyi, xüsusən də Prezident Putinlə əlaqə saxlayıb diplomatik danışıqlara başlamasının vaxtıdır".

Bundan öncə Ukrayna Ali Radasının Xarici İşlər Komitəsinin sədri Oleksandr Merejko Putinlə danışıqların Stubb tərəfindən aparılmasını təklif etmişdi. “Reuters” isə qeyd etmişdi ki, hazırda "Rusiya ilə dialoq pəncərəsi tədricən açılır".

Bu fonda Avropa vasitəçilik üçün mümkün namizədləri müzakirə edir. “Der Spiegel” nəşri daha əvvəl keçmiş Almaniya kansleri Angela Merkelin nəzərdən keçirildiyini bildirmişdi, lakin Merkel bundan imtina etmişdi. Digər potensial namizədlər arasında Stubb, keçmiş İtaliya Baş naziri Mario Draqi, Norveç Xarici İşlər Naziri Espen Bart Eidenin adı çəkilir. Putinin özü isə Almaniyanın keçmiş kansleri Gerhard Şröderi vasitəçi kimi təklif etmişdi. Şröder Putinlə dostluğu və Rusiyanın neft-qaz şirkətlərində işləməsi ilə tanınır. Lakin Aİ bu namizədi rədd etdi.



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap