“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Səhiyyədə nə baş verir? - “Medicare” yenidən gündəmdə

Tarix 11.06.26, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


2024-cü ilin aprel ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən yayılan rəsmi məlumat cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Məlumatda bildirilirdi ki, “Medicare Klinikası” MMC-də lisenziyadan kənar fəaliyyət aşkar edilib və verilən müddət ərzində nöqsanlar aradan qaldırılmadığı üçün klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul olunub.

Lakin bu gün ortaya çıxan mənzərə bir sıra ciddi suallar yaradır. Əgər lisenziya həqiqətən dayandırılıbsa, o zaman klinika hansı hüquqi əsaslarla fəaliyyətini davam etdirir? Bu müəssisədə tibbi xidmətlərin göstərilməsi hansı normativ sənədlərə söykənir? 

Mediatvaz.com-un redaksiyasına daxil olan məlumatlarda daha narahatedici iddialar da yer alır. Bildirilir ki, bəzi hallarda sertifikasiya prosesindən keçmədiyi deyilən şəxslər klinikada həkim kimi fəaliyyət göstərirlər. İddialara görə, yoxlama və monitorinqlər zamanı həmin şəxslər müvəqqəti olaraq klinikadan uzaqlaşdırılır, yoxlamalar başa çatdıqdan sonra isə fəaliyyətlərini davam etdirirlər. Əgər bu iddialar doğrudursa, söhbət təkcə qanun pozuntusundan deyil, insanların sağlamlığı və həyatı üçün yarana biləcək risklərdən gedir. 
Digər diqqətçəkən məqam isə maliyyə şəffaflığı ilə bağlıdır. Mənbələrin iddiasına görə, klinikada bəzi xidmətlərin rəsmiləşdirilməsi, ödənişlərin uçotu və vergi hesabatları ilə bağlı ciddi suallar mövcuddur. Hətta vergidən yayınmanın sistemli xarakter daşıdığı barədə məlumatlar səsləndirilir. Bu iddiaların nə dərəcədə əsaslı olduğunu yalnız aidiyyəti dövlət qurumlarının araşdırmaları ortaya çıxara bilər.Səhiyyə sektoru eksperiment meydanı deyil. İnsanlar öz sağlamlıqlarını və həyatlarını etibar etdikləri tibb müəssisələrinin tam qanuni fəaliyyət göstərdiyinə əmin olmalıdırlar. Çünki burada söhbət təkcə bir klinikadan deyil, vətəndaşların sağlamlığına olan etimaddan gedir.

Qarşı tərəfin cavab haqqını tanıyırıq..



Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap