“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Şirkət sədri aylıq ödənişləri etməyən sakini vəhşicəsinə döydü - Həbs olunmadı

Tarix 29.01.26, 21:43

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bina sakinlərinin təşkil etdiyi şirkətin rəhbəri qonşunu döyüb.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, S. S. Axundov küçəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.

Sakinlərin bina xərclərini ödəmək üçün təşkil etdikləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə 60 yaşlı Vüsal Bədəlov (ad və soyad şərtidir) sədr seçilib. Onunla aylıq ödənişləri vaxtında ödəməyən qonşusu Afiq (şərti adla) arasında mübahisə yaranıb. Mübahisə zamanı şirkət sədri Vüsal Bədəlov Afiqi sinəsindən itələyərək yumruqla həmin nahiyəsinə zərbə vurub və boynundan tutaraq yerə yıxıb. Sonra isə yerdə Afiqin sifətinə yumruqla zərbələr vurub. Nəticədə zərərçəkən bir sıra xəsarətlər alıb.

Bu əməlinə görə V. Bədəlov saxlanılıb və barəsində cinayət işi açılıb.

Məhkəmə istintaqı zamanı o, “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının ona da şamil olunmasını xahiş edib. Zərərçəkən də həmçinin bu barədə qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və V. Bədəlov məsuliyyətdən azad olunub.



Xəbərin oxunma sayı : 370




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap