“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Beyləqanda hesabat yığıncağı keçirildi - FOTOLAR

Tarix 28.01.26, 20:06

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Beyləqan rayonunda “2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş” Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun hesabat yığıncağı keçirilib.

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan RİH başçısı Əziz Əzizov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov, Milli Məclisin deputatı Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər. Beyləqan Mədəniyyət Mərkəzində davam edən tədbir çərçivəsində foyedə təşkil olunmuş kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə baxış keçirilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsi ilə yığıncaq açıq elan olunub.

Yığıncaqda Beyləqan RİH başçısı Əziz Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə əldə olunmuş nailiyyətlər, rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri, icra edilən infrastruktur layihələri, ayrı-ayrı sahələr üzrə mövcud vəziyyət, eləcə də 2026-cı ildə qarşıda duran əsas vəzifələr barədə geniş və ətraflı məlumat verib.

Xüsusilə vurğulanıb ki, 2025-ci ildə Beyləqan rayonu respublika üzrə pambıq məhsuldarlığı göstəricisinə görə birinci yeri tutub. Rayon icra hakimiyyətinin başçısı əldə olunan bu mühüm nailiyyət münasibətilə rayon ictimaiyyətini səmimi-qəlbdən təbrik edib, pambıqçılıq sahəsində çalışan zəhmətkeşlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məruzə ətrafında aparılan müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin İsmayılov son illərdə həyata keçirilən islahatların bölgələrdə real nəticələr verdiyini bildirərək Beyləqan rayonunda müşahidə olunan inkişaf dinamikasını müsbət qiymətləndiriblər.

Tədbirdə DAİM direktoru Xaliq Məmmədov, şəhid ailələri adından çıxış edən Vətən müharibəsi şəhidi Mahir Dadaşzadənin atası Qərib Təhməzov, Rayon Statistika İdarəsinin rəisi Rövşən Quliyev, “Prime Cotton” MMC-nin Beyləqan filialının direktoru Rüfət Yarıyev və Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da çıxış ediblər.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxış edərək ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı quruculuq siyasətindən, iqtisadi və sosial sahələrdə əldə olunan mühüm nailiyyətlərdən, habelə qarşıdakı dövr üçün müəyyən edilmiş strateji vəzifələrdən ətraflı bəhs edib. O, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı qarşıda duran vacib məsələləri xüsusi olaraq diqqətə çatdırıb.

Yığıncağın sonunda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar layihəsi hazırlanıb, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Hesabat yığıncağının sonunda 2025-ci ildə rayonun ictimai-siyasi və sosial həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanlarla təltif olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşı Yeganə Abbasovaya medal təqdim edilib.





Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap