Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Məndən nə istəyirsiniz?” - Rəqsanə canlı yayımda ağladı (VİDEO)

Tarix 29.01.26, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


"Bir insanı mühakimə etmək çox asandır. Amma mühakimə etdiyin insanın nə yaşadığını bilirsənmi? Mən düşünürəm ki, qadınlar həmişə bir-birinə dəstək verməlidirlər. Mənim etdiyim fotosessiyadakı geyimi nə televiziyada, nə də toylarda geyinmişəm. Həmin fotosessiya bir layihə üçün idi və mən bunu ilk dəfə yox, dəfələrlə etmişəm. Qadının qadına qarşı bu qədər aqressiv olması düzgün deyil. Bilmirik bir dəqiqədən sonra başımıza nə gələ bilər. Həyatdır, hər kəsin başına hər şey gələ bilər”.

AzFakt.com Bakupost.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Günə Uğurla" verilişində bir neçə gündür aparıcı Səidə Bəkirqızı ilə aralarında yaranmış qalmaqaldan danışarkən deyib.

Aparıcı haqda səsləndirdiyi fikirlərdən bəhs edən müğənni bildirib: “Ola bilsin ki, hansısa cümlədə səhv etmişəm, nəsə demişəm. Amma mən ölüyə toxunmamışam. Toxunmuşamsa da, məni də başa düşün. Birincisi, mən danışmamalı idim, amma artıq əsəblərim tarıma çəkilib. Özümü cilovlaya bilmirəm, sinirlərim çox pozulub”.

R.İsmayılova vurğulayıb ki, tənqidə açıqdır, amma şəxsi həyatına toxunulmasını qəbul etmir: “Başa düşürəm, sən jurnalistsən, məni tənqid edə bilərsən. Amma mənim həyat yoldaşıma və övladlarıma toxunmamalısan. Düşünürəm ki, bunlar olmamalı idi. Açığı deyim ki, o xanımı elə də yaxından tanımırdım. Onu Tiktok və İnstaqramdan tanıyırdım”.

Müğənni onunla bağlı müzakirələrə etiraz etdi: “Məndən nə istəyirsiniz? Nə alıb-verə bilmirsiniz mənimlə? Sevə-sevə təqdim etdiklərinizin efirdə, konsertlərdə geyimlərinə baxın. Fotosessiyamdan danışarkən mənim ailəmə toxundu. Bu da istər-istəməz mənə təsir etdi. Müğənniyəm, qarşınızdayam, indiyə qədər haqqımda nə istəmisiniz demisiniz. Tənqid də qəbul etmişəm, deyilənlərə hörmətlə yanaşmışam. Amma o artıq həyat yoldaşıma qarşı təhqir həddini aşdı. Ona görə də əsəblərimi cilovlaya bilmədim”.

“Hazırda problemlərim olduğunu bildiyiniz halda mənə toxunmaq, məni incitmək nə qədər asandır... Bu gün bunu bilərək niyə üzərimə gəlirsiniz? Məndən nə istəyirsiniz? Qoyun rahat balalarımı saxlayım. Biz qadınıq, bir-birimizi başa düşməliyik. Yenə də o xanımla heç bir ədavətim yoxdur”, – deyə Rəqsanə özünə haqq qazandırmağa çalışdı.





Xəbərin oxunma sayı : 1696




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap