“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Nilay Travel“in direktoruna hökm oxundu: 90 minlik turizm dələduzluğu

Tarix 26.01.26, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


Dələduzluqda təqsirləndirilən "Nilay Travel" şirkətinin direktoru Ünal Əliyevə hökm oxunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Ünal Əliyevə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 9 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. 

İş materiallarına görə, Ünal Əliyev "Nilay Travel" MMC-nin direktoru olduğu dönəmdə turizm adı altında vətəndaşlara qarşı dələduzluq edib. Məhkəmə zamanı Ünal Əliyev verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. 

Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Dəymiş ziyanın məbləği ümumilikddə 90 min manata yaxındır. 

"Nilay Travel" şirkəti 26 fevral 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Ünal Abusətdər oğludur. 

2024-cü ildə "Yeni Qalaaltı Hotel Company" şirkəti "Nilay Travel" MMC-ni məhkəməyə vermişdi. İddiaçı hesab "Nilay Travel" MMC-nin müqavilələrdən əmələ gələn öhdəlikləri yerinə yetirməməkdə ittiham edirdi. 



Xəbərin oxunma sayı : 169




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap