“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Gəncədən Bakıya uzanan dələduzluq: “Falçı Telli“nin fırıldağı üzə çıxdı

Tarix 28.01.26, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


Gəncədə falçılıqla məşğul olan qadın Bakıda gənc qızı aldadıb.

Oxu.Az-ın məlumatına görə, "Instagram" sosial şəbəkəsində özünü "falçı Telli" kimi təqdim edən şəxs Bakıdan olan gənc qızla tanış olub. O, gənc qızla ünsiyyət quraraq ona psixoloji təsir göstərib, guya qızın və ailəsinin "şər qüvvələr"in təsiri altında olduğunu bildirib.

Falçı qadın gənc qızı aldadaraq inandırıb ki, sevdiyi oğlan ondan ayrılacaq. Bu "ayrılığın" qarşısını almaq üçün isə qızdan 8 min 500 manat dəyərində qızıl pirsinqlər tələb edib və həmin pirsinqlərin Gəncə şəhərinə göndərilməsini istəyib. Çarəsiz qalan gənc qız tələb olunan məbləğdə qızıl pirsinqlər alaraq Gəncə şəhərinə - falçı Tellinin göstərdiyi ünvana göndərib.

Bir müddət sonra falçı qadın yenidən gənc qızla əlaqə saxlayaraq, guya atasının başqa bir qadınla sevgi münasibəti yaşadığını və yaxın vaxtlarda valideynlərinin boşanacağını bildirib. O, bu hadisənin qarşısını almaq üçün isə gənc qızdan 16 min 500 manat pul tələb edib. Gənc xanım falçıya inanaraq həmin məbləği də ona göndərib.

Hadisə bir müddət sonra üzə çıxıb və gənc qızın valideynləri polisə müraciət ediblər.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində falçı qadın saxlanılaraq istintaqa cəlb edilib.

Cinayət işinin istintaqı yekunlaşıb və materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəyib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və onun barəsində olan cinayət işinə xitam verilib.



Xəbərin oxunma sayı : 115




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap