Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

UEFA Avropa Liqası: “Fənərbağça“ və “Roma“ səfərdə qalib gələ bilmədilər

Tarix 30.01.26, 8:00

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Avropa Liqasının Liqa mərhələsində sonuncu - VIII turun oyunları baş tutub.

AzFakt.com xəbər verir ki, VIII tura 18 qarşılaşma ilə yekun vurulub.

Maraqla gözlənilən qarşılaşmalardan biri Buxarestdə keçirilib. Burada yerli FCSB klubu "Fənərbağça"nı qəbul edib. Görüşün birinci hissəsində İsmail Yüksek baş zərbəsi ilə İstanbul təmsilçisini hesabda önə çıxarıb. İkinci hissədə isə Yuri Çizotti hesaba tarazlıq gətirib. Görüş elə bu hesabla da yekunlaşıb - 1:1. "Fənərbağça" mübarizəni pley-off mərhələsinə davam etdirəcək.

Afinada keçirilən "Panatinaikos" (Yunanıstan) - "Roma" (İtaliya) qarşılaşması da gərgin mübarizə ilə yadda qalıb. Görüşdə bütün qollar ikinci hissədə vurulub. Yunanlardan Visente Tabordanın qoluna "Roma"dan Yan Zyulkovski cavab verib. Matçda başqa qol olmayıb və oyun 1:1 hesabı ilə yekunlaşıb. "Roma" bu nəticə ilə birbaşa 1/8 final mərhələsinə adlayıb.

Digər qarşılaşmalar aşağıdakı nəticələrlə bitib:

"Aston Villa" (İngiltərə) - "Zaltsburq" (Avstriya) - 3:2;

"Bazel" (İsveçrə) - "Viktoriya Plzen" (Çexiya) - 0:1;

"Real Betis" (İspaniya) - "Feyenoord" (Niderland) - 2:1;

"Srvena Zvezda" (Serbiya) - "Selta Viqo" (İspaniya) - 1:1;

"Seltik" (Şotlandiya) - "Utrext" (Niderland) - 4:2;

"Portu" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 3:1;

"Qou Ehed İqlz" (Niderland) - "Braqa" (Portuqaliya) - 0:0;

"Genk" (Belçika) - "Malmö" (İsveç) - 2:1;

"Lill" (Fransa) - "Frayburq" (Almaniya) - 1:0;

"Ludoqorets" (Bolqarıstan) - "Nitsa" (Fransa) - 1:0;

"Lion" (Fransa) - PAOK (Yunanıstan) - 4:2;

"Makkabi" (Təl-Əviv, İsrail) - "Bolonya" (İtaliya) - 0:3;

"Midtyulland" (Danimarka) - "Dinamo Zaqreb" (Xorvatiya) - 2:0;

"Nottingem Forest" (İngiltərə) - "Ferentsvaroş" (Macarıstan) - 4:0;

"Şturm" (Avstriya) - "Brann" (Norveç) - 1:0;

"Ştutqart" (Almaniya) - "Yanq Boyz" (İsveçrə) - 3:2.



Xəbərin oxunma sayı : 1300




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap