| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Putinin Bakıdan istədiyi 11 cinayətkar - Bəs 38 günahsız?
Tarix 02.01.26, 16:53 |
|
Ötən ilin son günlərində – dekabrın 29-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə keçirdiyi görüş bir daha Moskvanın Cənubi Qafqaza və xüsusilə Bakıya münasibətdə dəyişməz hegemon düşüncə tərzini ortaya qoydu. Görüşün əsas müzakirə mövzularından biri Bakıda saxlanılan 11 Rusiya vətəndaşı oldu. Sonradan Qaluzin Azərbaycanın mülki təyyarəsi ilə bağlı verilən vədlərə “sədaqət” nümayiş etdirməyə çalışsa da, faktiki addımlar Kremlin ənənəvi davranışından imtina etmədiyini göstərir.
Məsələ ondadır ki, Azərbaycanın mülki təyyarəsinin vurulması kimi son dərəcə ağır, beynəlxalq hüquq baxımından ciddi nəticələr doğuran hadisə ilə bağlı Rusiya tərəfi indiyədək konkret hüquqi-siyasi addımlar atmayıb. Hadisədə 38 günahsız insanın həyatını itirməsinə baxmayaraq, cinayət məsuliyyəti daşıyan şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması gündəmə gətirilmir. Əvəzində Moskva bütün diqqəti yalnız öz vətəndaşlarının azadlığa buraxılmasına yönəldir.
Eyni zamanda, Rusiyada saxlanılan yüzlərlə Azərbaycan vətəndaşının hüquqları, onların hansı şəraitdə tutulduğu və hansı əsaslarla ittiham edildiyi isə müzakirə mövzusu belə olmur. Bu, nə diplomatik etikaya, nə də bərabərhüquqlu dövlətlərarası münasibətlər anlayışına uyğun gəlir.
Seçici yanaşma açıq şəkildə göstərir ki, Moskva hələ də tərəfdaşlıq deyil, tabeçilik məntiqindən çıxış edir.
Üstəlik, Qaluzinin israrla tələb etdiyi həmin 11 Rusiya vətəndaşı adi “günahsızlar” deyil. Onlar onlayn narkotik satışı və kibercinayətkarlıq kimi ağır ittihamlarla saxlanılıb.
Rusiya bu cinayətlərə görə Bakının hüquq-mühafizə orqanlarının apardığı istintaqı və hüquqi prosedurları görməzdən gəlir, lakin 38 insanın ölümünə səbəb olan hadisədə məsuliyyəti üzərinə götürməkdən yayınır.

Nəticə etibarilə, Qaluzinin açıqlamaları və Kremlin davranışı Rusiyanın regionda hələ də bərabərhüquqlu tərəfdaşlıq modelinə keçmədiyini, sovetdənqalma siyasi reflekslərin davam etdiyini göstərir. Bu isə Azərbaycan cəmiyyətində haqlı suallar doğurur: Moskva bu ikili standartları nə qədər davam etdirə biləcək?
2026-cı il bu baxımdan həlledici ola bilər. Bəlkə də məhz bu il Rusiyanın Cənubi Qafqazda “toxunulmazlıq sindromu”nun və hegemon iddialarının tilsimi qırılacaq. Əks halda, Putinin Bakıya ünvanladığı “11 cinayətkar” tələbi tarixdə 38 günahsız insanın taleyinə biganəliyin rəmzi kimi qalacaq.

Mövzu ilə bağlı Musavat.com-a danışan millət vəkili Hikmət Babaoğlu bildirib ki, Rusiya-Azərbaycan münasibətlərində 1 ildən çoxdur gərginlik davam edir.
Onun sözlərinə görə, bu gərginliyin əsas səbəbi Rusiya hava məkanında Azərbaycana aid mülki təyyarənin vurulmasıdır: “Doğrudur, bu gərginliyin azaldılması üçün Rusiya müəyyən dövrlər vədlər verir. Düşənbədə Vladimir Putinin Prezident İlham Əliyevlə son görüşündən sonra problemin arxada qalacağı ilə bağlı təsəvvürlər yarandı. Ancaq təəssüf ki, hələ də Putinin siyasi bəyanatı hüquqi müstəvidə və dövlətlərarası münasibətlərdə öz əksini tapmayıb. Bunun səbəbi çoxdur: Azərbaycanın tələbləri beynəlxalq hüquqa uyğundur və bu cinayəti törədənlərin məuliyyətə cəlb edilməsi tələb edilir. Bu, çox vacibdir.
Digər məsələ isə AZAL şirkətinə və zərər çəkmiş şəxslərə kompensasiyanın ödənilməsinin vacibliyidir. Bu kontekstdə Rusiya təəssüf ki, yenə hüquqi dövlət kimi deyil, bir imperiya kimi davrandı. Cinayətlə müşahidə edilən hadisəni ört-basdır etmək üçün Rusiyada yaşayan və Rusiya vətəndaşları olan, eyni zamanda miqrant kimi orada yaşayan azərbaycanlıları bu prosesdə alət kimi istifadə etməyə cəhd etdi. Təbii ki, Azərbaycan da alternativ cavablar axtarmaq məcburiyyətində oldu. Bəlli oldu ki, Azərbaycanda da qanunlarımızı pozan xeyli sayda Rusiya vətəndaşı var. Onlar hüquqi müstəvidə cəzalandırıldılar”.
Deputat vurğulayıb ki, dövlətlərarası münasibətlərdə qarşılıqlı anlaşma naminə müəyyən məsələlərdə razılığa gəlinir və Azərbaycan bu addıma da hazır oldu: “Çox təəsüf ki, Rusiya eyni cür davranmadı, alternativ addımlar atmadı. İndi isə Rusiya daha da aqressivləşib. Gərginliyi bundan sonra da uzatmaqda maraqlı görünür. Mixail Qaluzinin son bəyanatında da biz buna şahidlik etdik. Rusiya gərginliyin bitməsini istəmir və bu onun imperiya maraqlarından irəli gəlir. O, gərginliyi saxlamaqla Azərbaycanın 2023-cü ildən sonra yaratdığı reallıqları qəbul etmədiyini göstərir. Hər dəfə Tramp marşrutundan və ya Zəngəzur dəhlizindən danışılan zaman Rusiya mövqe sərgiləmir və atılacaq addımları gözlədiyini bildirir.
Əslində isə Rusiya Cənubi Qafqaza qayıtmaq üçün bəhanə axtarır. Məqsədi Ukraynadakı müharibəni lehinə həll edib, yenidən Qafqazla məşğul olmaqdır. Buna görə də gərginliyin azalmasını istəmir və tarixi fürsət gözləyir ki, Qafqaza qayıdış imkanı əldə etsin”.
Xəbərin oxunma sayı : 1066
Analiz
Xəbərlər
-
Azərbaycanda Ramazan ayı başladı - TƏQVİM
-
UEFA Çempionlar Liqası:“Qarabağ“ “Nyukasl“a böyük hesabla uduzdu
-
Şəbnəmin Nigara cavabı gecikmədi: “Bəlkə, Kürdəmirdir?“
-
“Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!“ - Mehriban Əliyeva
-
“İranda 440 kq 60 %-dək zənginləşdirilmiş uran olar bilər“ - Qrossi
-
Son illər xarici diplomların tanınmamasının səbəbi açıqlandı - VİDEO
-
ABŞ dövlət katibi Kuba üçün “yeni plan“ hazırlayıb: Gizli dialoqun üstü açıldı
-
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
-
Gümüşün qiyməti ikiqat artdı - Bahalaşma nə qədər davam edəcək?
-
“Putin hələ iki il də döyüşmək fikrindədir” - Qərb kəşfiyyatı açıqladı
-
Şəxsi məlumatlarınızı paylaşmayın! - Prokurorluqdan xəbərdarlıq (VİDEO)
-
Ramazanın ilk gününün imsak və iftar vaxtı açıqlandı - DUALAR
-
Azərbaycanda bu şəxslər pensiya hüququndan məhrum edilə bilərlər - SİYAHI
-
Temperatur 4-6 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
-
Masallıda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi sexi aşkarlandı - VİDEO
-
Altay Göyüşova qiyabi hökm oxundu - 6 il həbs cəzası
-
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Məşhur kollecin direktoru Nazim Kazımovun adı qalmaqalda: milyonluq mülklər...
-
“Trampın səbri tükənir, İranla böyük müharibə ehtimalı 90%-dir“ - “Axios“
-
Nəriman Həsənzadə “Heydər Əliyev“ ordeni ilə təltif edildi - SƏRƏNCAM
-
Avropada əhalinin 20%-i diktatura istəyir - “Politico”
-
Müştərisinin başına torba keçirib təqaüdünü taladı - ANBAAN VİDEO
-
“İrəvanda Rusiyanın Ermənistan dəmir yollarına yatırdığı investisiyalar unudulub“ - Zaxarova
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Pilgrim Education” adlı təhsil bataqlığı - bunlara nəzarət edən varmı?
-
Sabiq rəis rüşvətlə saxta əlillik üçün arayış verməkdə ittiham olunur - MƏHKƏMƏ
-
Bu rayondakılar borc içində üzür - Kreditləri gecikdirirlər
-
İctimai məkanlarda siqaretlə bağlı qaydalar sərtləşdirilir - Yeni cərimələr gözlənilir
-
Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?
-
Azərbaycanda vəkili “Range Rover“lə izlədilər - Zəng edib qəzaya saldılar...
-
Bakıda ərindən boşanmaq istəməyən qadın falçıya 16 min manat verib - Kuryoz dələduzluq
-
“WhatsApp” yazışmalarının xəbərsiz izlənilməsi qadağandır“ - Ali Məhkəmə
-
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq
-
“Mən prezident kimi deyil, diktator kimi danışıram“ - “Geri çəkilmə olmayacaq”
-
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm...“
-
Xam nefti ən baha və ən ucuz qiymətə hansı ölkələrə satırıq? - Tam siyahı
-
Tiktoker Benizin məhkəməsində şok etiraf: “Suraxanıya düşsün deyə kartına 500 manat atdım“
-
Anar Ələkbərov Xalq şairini evində ziyarət edib - FOTOLAR
-
Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin
-
Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri - SİYAHI
-
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib - FOTO
-
Xaricdən gətirilən ət bahalandı - Qiymətlər
-
ANAMA-nın əməkdaşı minaya düşüb - Xocalıda
-
“Binə”də dava-dalaş saldı - Həbs edildi
-
Xəzər sahilində suiti cəsədləri aşkarlandı - VİDEO
-
Peru prezidenti vəzifədən uzaqlaşdırılır: Parlament səs verdi
-
Daha 17 itkin-şəhid dəfn olunacaq - FOTOLAR
-
Azərbaycanda plastik cərrahların sayı artırıldı - SİYAHI
-
Tarixi cəfəngiyyatlara vaxtımız yoxdur...- Zelenski
-
Vüqar Qurbanovun taleyi necə olacaq? - Gedişinin arxasında proseslər
-
ABŞ son 24 saatda Yaxın Şərqə 50-dən çox qırıcı göndərib - “Axios“
-
“e-FHN” mobil tətbiqi istifadəyə verildi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Tiranada sərgi açılışında - Fotolar
-
Prezidentin masasında İranla bağlı bütün variantlar var - Vens
-
Bakının Səbail rayonunda torpaq sürüşməsi oldu - VİDEO
-
Elektron siqaret çəkənlər cərimələnəcək - VİDEO
-
Abituriyentlərin nəzərinə:Bu gündən qeydiyyat başlayır
-
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
-
Vardanyana hökm oxundu - 20 il həbs cəzaı verildi
-
NATO hərbi pilotları Ukrayna səmasında - Yeni F-16 eskadriliyası yaradılıb
-
Bu məşhur müğənnilər saxlanıldı - Narkotikə görə
-
Azərbaycanın Avropa enerji bazarındakı strateji mövqeyi daha da möhkəmlənəcək
-
Azərbaycan sabit və etibarlı tərəfdaş kimi həm enerji, həm də siyasi baxımdan regionda mühüm rol oynayır
-
Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Murad Süleymanov susur: Baş həkim Elnarə Canlının ali tibbi təhsili varmı?..
-
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı…
-
Qadınların hərbi xidməti ilə bağlı qanun dəyişir - Yeni təklif
-
İsraildə İran casusu tutuldu - Yüksəkvəzifəli şəxsi izləyirmiş
-
Nazirdən yeni kadr təyinatı - Bir nazirlikdən digərinə vəzifəyə getdi
-
Azərbaycan–Serbiya əlaqələri tarixdə dərin siyasi və rəmzi məna daşıyan mühüm hadisə kimi yadda qalacaq
-
Diş fırçaları Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
TƏBİB məlumat yaydı - Vüqar Qurbanovla vəzifəsindən azad olunub
-
Azərbaycanda bu vaxta qədər olan ən rəzil reklam - Qadını soyundurub...
-
Mediada bu məlumatları yayanlar həbs ediləcək - Ali Məhkəmə
-
Prezidentin Serbiyaya səfəri başa çatdı - FOTOLAR
-
Vətəndaşın cibinə qurulan “reklam tələsi“: “Park Yasamal“da nələr baş verir?
-
TƏBİB-in icraçı direktoru işdən çıxarılıb? - Səlahiyyətləri müavininə həvalə olunub...
-
Ən soyuq və ən isti nöqtələr açıqlandı: Fərq 100 dərəcəyə yaxındır
-
Xətai rayonunda yaşayış binasında yanğın olub - VİDEO
-
Prezidentlər qeyri-rəsmi səhər yeməyində - FOTOLAR
-
“Medi Hall“da əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı
-
Astarada 64 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO
-
Baxçalı “Bozo”ya zəng etdi - “Yeraltı” ilə bağlı paylaşım
-
İcra başçısı köməkçisini işdən çıxarıb şəhərə “mer” təyin etdi - FOTO
-
SOCAR AQŞ işçilərindən etiraz: “Dekabrdan maaş vermirlər”
-
Gecə 2-də tanımadığı evin qapısını döydü - Həbs edildi
-
“Milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz həyata keçiriləcək“ - AMB məlumat yaydı
-
İşdən çıxarılan nazir müavinlərinin yerinə - Onlar gətirildi
-
Bakıda şirkət rəhbəri işçiləri “blok“a atdı: Qanunsuz əməlləri ifşa olundu (VİDEO)
-
Antarktidada ölümcül virus yayıldı: Vəhşi quşların kütləvi tələfatı baş verir
-
“Epşteyn faylları”ndakı 300-dən çox məşhurun adını açıqladı - Siyahıda özü də var
-
Bakıya qatı duman çökdü:Görünüş məsafəsi məhdudlaşdı
-
Azərbaycanın avtomobil bazarında kəskin dönüş - VİDEO
-
Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq - Tramp
-
Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur - VİDEO
-
Astaradakı “Astalanya“ istirahət mərkəzi işçilərin maaşını vermir - VİDEO
-
İranda fəhlələri daşıyan avtobus gülləbaran olunub - Ölən və yaralananlar var
-
Bakı gömrük terminalı avtomobilsiz qalıb - Səbəb güzəştlərin ləğvidir (VİDEO)
-
Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır
-
Azərbaycanın coğrafi vəziyyəti onun əsas üstünlüklərindən biridir
-
“Xahiş edirəm, buna maksimum ciddi yanaşsınlar” - Prezident tapşırıq verdi
-
Bir zamanlar bütün SSRİ-ni güllə təmin edirdik - İndi Afrikadan alırıq
-
Avropada ən çox maaş alan futbolçular - SİYAHI
-
İlham Əliyev və Vuçiç mətbuata bəyanatla çıxış etdilər - FOTOLAR
-
Təzyiqi necə aşağı salmaq olar? - Kardioloqlardan 6 yeni tövsiyə
-
Əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm - Vuçiç
-
“Ermənilər bizə heç vaxt “azərbaycanlı“ demədilər“ - VİDEO
-
“Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq“ - İlham Əliyev
-
Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir“ - Natiq Şirinov
-
Ölkənin regional tranzit mərkəzinə çevrilməsi planları...
-
Azərbaycan benzini hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Süfrələrimizin yeni favoriti - Quru meyvə bazarında qiymətlər necə dəyişir?
-
Mehriban Əliyevadan təxribat xarakterli suala sərrast cavab - VİDEO
-
Britaniya nəhəng hərbi gəmisini Arktikaya göndərir - Kir Starmer
-
Prezident serbiyalı həmkarı ilə təkbətək görüşüb - FOTOLAR
-
Magistraturaya qəbul imtahanı keçirildi: Nəticələr nə vaxt açıqlanacaq?
-
İlham Əliyev Belqradda Ümummilli Liderin abidəsini ziyarət etdi - Fotolar
-
Serbiyada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO
TOP 10
ARXİV






