“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“e-FHN” mobil tətbiqi istifadəyə verildi - VİDEO

Tarix 18.02.26, 9:46

Font ölçüsü : - / +
bitmap-img6


Rəqəmsal xidmətlərin inkişafı, o cümlədən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) elektron xidmətlər sisteminin mobil tətbiqi istifadəyə verilib.

AzFakt.com xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, “e-FHN” mobil tətbiqi müvafiq xidmətlər üçün müraciət və cərimələrin qeydiyyatının avtomatlaşdırılmasını təmin edir.

Bu sistem vasitəsilə vətəndaşlar tətbiqə daxil olaraq qeydiyyatdan keçib nazirliyin təqdim etdiyi xidmətlərdən rahat şəkildə yararlana bilərlər.

Tətbiq müraciətlərin elektron formada göndərilməsi, icra statusunun izlənilməsi, bildirişlərin əldə olunması, müvafiq ödənişlərin edilməsi və digər funksiyaları özündə birləşdirir.

Qeyd edək ki, mobil tətbiqin istifadəyə verilməsi nazirliyin səlahiyyətləri çərçivəsində elektron hökumət təşəbbüslərinin dəstəklənməsi, dövlət xidmətlərinə çıxışın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan mühüm addımlardan biridir.

FHN rəqəmsallaşma istiqamətində həyata keçirdiyi layihələrlə vətəndaşlara daha çevik, şəffaf və əlçatan xidmətlərin göstərilməsini davam etdirir.






Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap