Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanın avtomobil bazarında kəskin dönüş - VİDEO

Tarix 16.02.26, 9:46

Font ölçüsü : - / +
bitmap-img6


Bir vaxtlar avtomobillərin çoxluğundan addım atmağa yer olmayan Bakı Gömrük Terminalının dayanacağı indi sözün həqiqi mənasında boş qalıb.
 
AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, ötən ilin sonunadək davam edən böyük "idxal bumu" artıq yerini sükuta verib. Bu kəskin dəyişikliyin əsas səbəbi 2026-cı ildən etibarən avtomobil idxalına tətbiq edilən gömrük və vergi güzəştlərinin müddətinin başa çatmasıdır.

Hazırda nəinki fərdi alıcılar, hətta iri avtomobil dilerləri belə ölkəyə yeni nəqliyyat vasitələri gətirməyə tələsmirlər. İqtisadçılar bildirirlər ki, bu boşluq gözlənilən idi. Çünki ötən ilin son aylarında həm şirkətlər, həm də vətəndaşlar sanki növbəti bir neçə ilin tələbatını qısa müddətdə qarşılamağa çalışıblar.

İqtisadçı Xalid Kərimli qeyd edir ki, 2025-ci ilin sonunda bitən "güzəşt bumu" bazarda süni doyma yaradıb:

"Yeni maşınlar üçün vergi güzəştlərinin ləğvi alıcıların marağını yenidən alternativlərə yönəldir. Əgər əvvəllər hamı daha yeni və hibrid modellərə üstünlük verirdisə, indi ikinci əl bazarında canlanma proqnozlaşdırılır. Bu isə öz növbəsində qiymətlərə də təsirsiz ötüşmür".

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov da idxalın azalmasının müxtəlif səbəblərinin olduğunu bildirib. Ekspertlərin ümumi rəyinə görə, 2026-cı il həm alıcılar, həm də satıcılar üçün bir növ "adaptasiya dövrü" kimi yadda qalacaq. Mövcud durğunluğun müvəqqəti olduğu və 2027-ci ildən etibarən idxal rəqəmlərinin yenidən stabilləşəcəyi gözlənilir.





Xəbərin oxunma sayı : 1252




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap