“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Ermənilər bizə heç vaxt “azərbaycanlı“ demədilər“ - VİDEO

Tarix 15.02.26, 20:14

Font ölçüsü : - / +
bitmap-img6


Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Xankəndinin Kərkicahan qəsəbəsinə səfər edilib.

Veriliş çərçivəsində Kərkicahan sakini xatirələrini bölüşüb.

O, uşaqlıq illərindən yadigar qalan və sonrakı dövrlərdə yaşadığı təcrübələrini belə qeyd edib:

"Mən uşaq idim, beş-altı yaşım var idi. Görürdüm ki, küçədə ayrı, evdə ayrı dildə danışırlar. Atamın anası başa salırdı ki, onlar erməni, biz isə azərbaycanlıyıq. Amma 30 il mən burada yaşadım, ermənilər bizə heç vaxt "azərbaycanlı" demədilər. "Siz türksünüz" deyirdilər.

Mən inanmazdım ki, belə bir şey olsun. Bir yerdə oturmuşuq, bir yerdə gəzmişik, xeyrimiz və şərimiz bir olub. Kiməsə nəsə lazım olanda hamı əl atıb. Açığını deyim, mənim burada 15 dostum varsa, onlardan 10-u erməni idi. Bir səhər-səhər, bir də axşam işdən evə gələndə Azərbaycan dilində danışırdım. Hamımız onların dilini bilirdik, onlar da bizim dilimizi bilirdilər. Elə bir adam mənim üstümə hücum çəkdi, hansı ki, bir yerdə böyümüşük, bir yerdə çörək kəsmişik".





Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap