“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?

Tarix 20.12.25, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının VII turunun “Ordu” ilə matçında “Xilasedici” komandasına texniki məğlubiyyət verilib.

AzFakt.com Prosport.az-a istinadən xəbər verir ki, buna səbəb “Xilasedici” komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini söyməsi olub.

Belə ki, hakimlərin “Çelenc”də qərarları “Ordu”nun xeyrinə verməsi F. Musayevi özündən çıxarıb. O, hakimləri söyüb. Daha sonra “bizim meydanımızda oynayırlar, bizə qarşı haqsızlıq olunur” (“Ordu” Hövsandakı FHN-ə məxsus arenada ev oyunlarını keçirir – red.) deyərək rəqib komandanın üzvlərinə təhqirlər yağdırıb.

Bu səbəbdən də oyunun supervayzeri olan Zöhrab Gözəlbəyli 2-ci setin sonlarında matçı dayandırmalı olub.

Füzuli Musayevin Müdafiə Nazirliyinə məxsus “Ordu” komandasını təhqir etməsi isə yuxarı dairələrdə ciddi səs-küy yaradıb. Bu səbəbdən də ona FHN rəhbərliyi tərəfindən ciddi töhmətin veriləcəyi gözlənilir. Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə hələ ki yalnız “Xilasedici”yə texniki məğlubiyyət verməklə kifayətlənib.

Qeyd edək ki, F. Musayev həm də Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir.



Xəbərin oxunma sayı : 205




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap