“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Bu iki məsələdə ABŞ-dən tam asılıyıq” - Budanov

Tarix 20.12.25, 14:08

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukraynanın ABŞ yardımından ən çox asılı olduğu iki sahəni açıqlayıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə “LB”-yə verdiyi müsahibədə danışan Budanovun sözlərinə görə, birinci sahə kosmik görüntülərdir - radar və optik. Lakin bunun da iki komponenti var: “Birincisi, Ukrayna ABŞ-dən kosmik görüntülərə pulsuz, yardım şəklində çıxış əldə edir. İkincisi isə müqavilələrdir”.

Budanov qeyd edib ki, ABŞ pulsuz kosmik görüntülərə çıxışı bloklasa, bu, kritik bir məsələ olmayacaq: "Optik görüntülər üçün bu, təxminən 15-17% itkidir ki, bu da kritik deyil. Radar üçün bu, təxminən 46% təşkil edir: çətindir, lakin yenə də böyük bir problem deyil. Lakin ABŞ siyasi qərar qəbul edib müqavilələri bloklasa, bu, kritik olacaq. Bu zaman demək olar ki, sıfıra enəcəyik. Biz bu amildən kritik dərəcədə asılıyıq".

Budanovun sözlərinə görə, Ukraynanın ABŞ-dən asılı olduğu ikinci amil ballistik təhlükə barədə erkən xəbərdarlıqdır: "Vəssalam. Qalan şeylər özümüzündür".

Xatırladaq ki, ilin əvvəlində ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını müvəqqəti olaraq dayandırmışdı. Eyni zamanda, bir neçə ay əvvəl Qərb mediası ABŞ-nin Rusiya daxilindəki hədəfləri müəyyən etmək üçün Ukraynaya kəşfiyyat məlumatı verəcəyini bildirmişdi. "The Wall Street Journal" qəzeti Rusiyanın enerji sisteminin ABŞ kəşfiyyatının hədəfinə çevrilə biləcəyini yazıb. ABŞ həmçinin bu cür zərbələr endirmək üçün Ukraynaya daha çox uzaqmənzilli silahların ötürülməsini də nəzərdən keçirir.



Xəbərin oxunma sayı : 130




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap