| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Arayikgil məhkəmədə son sözlərini dedi... - FOTOLAR
Tarix 19.12.25, 22:54 |
|
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 19-da davam etdirilib.
AzFakt.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
Xatırladılıb ki, ötən məhkəmə iclası zamanı fasilə elan olunduğundan təqsirləndirilən David Manukyan çıxışını indiki məhkəmə iclasında davam etdirəcək.
D.Manukyan ittiham tərəfinin çıxışında qeyd etdiklərinə əks dəlilləri səsləndirib. Belə ki, təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorların elan etdiyi məqamlarla razılaşmadığını deyib.
O, qondarma rejimin “təhlükəsizlik şurasının iclaslarında” nə iştirakçı, nə də müşahidəçi qismində iştirak etmədiyini, buna onun vəzifə öhdəliklərinin icazə vermədiyini də söyləyib.
D.Manukyan, həmçinin çıxışında öz vəkillərinə təşəkkürünü bildirib.
Təqsirləndirilən Arayik Harutyunyan son sözündə dövlət ittihamını müdafiə edən prokurorların təqdim etdiyi dəlillərlə razılaşmadığını söyləyib.
O, özünün və iki qardaşının Qarabağda məktəbdə təhsil aldığını, erməni dilində təhsil almaqla bağlı problem olmadığını deyib. A.Harutyunyan azərbaycanlılarla aralarında heç bir problem olmadığını da bildirib və əlavə edib: “Bir-birimizin tədbirində iştirak edirdik”.
Təqsirləndirilən şəxs son sözündə məhkəmədə ittiham edildiyi müharibə cinayətlərindən də bəhs edib: “Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum. Mən çox məlumatlı adamam. Amma Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar. Söhbət qocalara, qadınlara, uşaqlara, əsir və girovlara qarşı edilən cinayətlərdən gedir”.
A.Harutyunyan ittihamları sadalayaraq (cinayətkar birliyə qoşulmaq, qanunsuz sahibkarlıq fəaliyyəti göstərmək, dağıntılar törətmək, muzdlular, minaların basdırılması, təyyarələrin hərəkətinə maneə törədilməsi, qətllər, zorakılıqlar, Gəncənin raket atəşinə tutulması və s.), həmin məsələlərlə bağlı öz arqumentlərini səsləndirib və ittihamları qəbul etmədiyini söyləyib.
Təqsirləndirilən şəxs David Babayan son sözünü rus dilində etmək istədiyini deyib. D.Babayana rus dilində çıxış etmək üçün şərait yaradılıb.
O, dövlət ittihamını müdafiə edən prokurorların və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini ümumi fikirlərlə səsləndirib.
Məhkəmə prosesi dekabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


























Xəbərin oxunma sayı : 199
Hadisə
Xəbərlər
-
“Röya mənim balaca bacımdır“ - Aygün Kazımova
-
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı - Milanla
-
“Həkim rəyi olmadan tibb bacısı xəstəyə iynə vura bilməz“ - VİDEO
-
Dörd rayonda yaşıllıqlar qanunsuz kəsildi - Təbiətə 300 minlik ziyan dəydi
-
Arayikgil məhkəmədə son sözlərini dedi... - FOTOLAR
-
Somali mənşəli dondurulmuş qoyun ətini Azərbaycana kim gətizdirib? - RƏSMİ
-
Ukrayna olmasaydı, Moskva Polşa ilə məşğul olacaqdı - Zelenski
-
“Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı hazırlanıb“ - Ədliyyə Nazirliyi
-
Tikinti işlərinə ən çox vəsait ayrılan şəhər və rayonlar - SİYAHI
-
Prokurorluq Əsədovla bağlı məlumat yaydı -10 il öncə də məhkum olunub
-
“Bizə hörmətlə yanaşsanız, heç bir əməliyyat olmayacaq” - Putin
-
“Kamran Əsədovun bu qədər rahat davranması məni təəccübləndirdi” - Məleykə Abbaszadə
-
Əhməd İsmayılov Burhanettin Duranla görüşdü - FOTO
-
Aylarla xəstəyə baxmayan həkimlər aşkarlandı - TƏBİB-dən xəbərdarlıq
-
Tramp Venesuella ilə müharibə məsələsindən danışdı - “Yox” demədi
-
Yeni il hədiyyə qutularında problemlər aşkarlandı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Narınginin qiymətindən narazı olan aktyora məsləhət: “Neftçilər metrosuna get“
-
Türkiyə “S-400”-ləri Rusiyaya geri qaytaracaq? - Generalın açıqlamaları
-
Azərbaycanlılar niyə əvvəlkindən daha çox xərcləyir? - Statistika
-
Milli Məclis amnistiya ilə bağlı qərar qəbul etdi - Tam mətn
-
Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir - Arayik Arutyunyan
-
Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik... - Yeni qanun qəbul olundu
-
Dabaq xəstəliyi kənd süd satışına necə təsir etdi? - Açıqlama
-
Avropa İttifaqının Rusiya aktivləri ilə bağlı planı iflasa uğradı - “Politico“
-
Elektron siqaretlərlə bağlı qadağalar – Qanun ilk oxunuşda qəbul olundu
-
Hökməli və Qobuda yollar təmir ediləcək - Sərəncam
-
Bu obyektlərin tikintisinə - İcazə lazım olmayacaq
-
Si Szinpindən İlham Əliyevə təbrik məktubu: “Sizinlə birlikdə çalışmağa hazıram“
-
Azərbaycana buğda idxalı artıb: Əsas tədarükçülər iki ölkədir
-
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
-
Nazir adı qalmaqallarda hallanan notariusu hansı səbəbə vəzifəsində saxlayıb?
-
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
-
NATO-nun güclənməsi təhlükə yaradır - Gerasimov
-
Özləri də, milyonları da həbsdə: Sabiq məmurların əmlaklarının aqibəti necə olur?
-
Mələk Zeynalovanın həbs müddəti 2 il artırıldı - Cəzasını ciddi rejimdə çəkəcək
-
“Avropa Putinlə dialoqu bərpa etməlidir“ - Makron
-
Bill Qeytsin də fotoları üzə çıxdı - Epşteyn qalmaqalı
-
Milli Məclisin iclası başladı - Amnistiya aktı müzakirə olunur
-
Aİ-də açıq parçalanma: üç ölkə Ukraynaya 90 milyard avroluq dəstəyə “yox” dedi
-
Prezident konqres iştirakçılarına müraciət ünvanladı - MƏTN
-
Bakıda ticarət mərkəzinin qarşısında suyun içində yol: Piyadalar təhlükə ilə üz-üzə qalıblar
-
ABŞ ordusu Sakit okeanda iki gəmiyə zərbələr endirdi: Beş nəfər öldürüldü
-
“Səs-küydən mənzildə rahat otura bilmirik” - “Lemoon“ restoranından ŞİKAYƏT
-
Gələn ildən təyyarə ilə səyahət zamanı dərman daşınması tələbi dəyişir? - VİDEO
-
“Venesuelaya zərbələr endirmək üçün Konqresin təsdiqini almağa ehtiyac yoxdur“ - Tramp
-
“Məzun evi“ndə doqquz aydır istilik yoxdur: “Vedrədə su qızdırırıq“
-
Amnistiya dövlətin cəza siyasətində ən humanist və ən məsuliyyətli hüquqi-siyasi qərarlardan biri hesab olunur
-
Ölkəmizdə humanizm ənənələri yaşadılır və inkişaf etdirilir
-
Aygün Kazımova və Samir Bağırov illər sonra eyni səhnədə - VİDEO
-
Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi - Məhkəmə iclası
-
“İran atom bombası hazırlamağı planlaşdırmır“ - Pezeşkian
-
Bankların gecikməyə görə faiz borcundan faiz pulu tutması qanunidir? - VİDEO
-
Amnistiya aktı- dövlətin gücü mərhəmətindədir
-
“Hər şey böyük sövdələşməyə doğru gedir“ - LUKAŞENKO
-
“Ağıllı işıqforlar“ ilk olaraq harada quraşdırılıb? - VİDEO
-
Türkiyədə narkotik əməliyyatı:Saxlanılan məşhurlar sərbəst buraxıldı
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Burada hər şey buzdandır - FOTOLAR/VİDEO
-
“Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib“ - Peskov
-
Vilayət Eyvazov yenidən federasiya prezidenti seçilib - FOTO
-
“ATF“ bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb - TENDER
-
“Hazırda “bomj” kimi bir həyat yaşayıram...” - Xalq artisti nədən narazıdır?
-
Amnistiya dövlət humanizminin parlaq təzahürüdür
-
Prezident İlham Əliyevin çıxışları informasiya müharibəsində həlledici rol oynayıb - Cavid Musayev
-
Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı
-
Azərbaycanda 6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq - SİYAHI
-
Yeni il hədiyyə qutuları alanların nəzərinə! - Xəbərdarlıq edildi
-
“Qoç ət”in dönərindən tük çıxıb? - Tanınmış reklamçıdan sərt sözlər
-
“İranın nüvə proqramını məhv etdik” - Trampdan sərt açıqlama
-
Zaqatalada uşaq bağçasında rüşvət qalmaqalı:Müdirə cinayət işi açıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan benzini Ermənistana neçəyə satır? - Papoyandan açıqlama
-
“Nar” lotereyasında böyük finala az qaldı - “Li L9 Ultra” avtomobili səni gözləyir
-
Ticarət mərkəzində bu nöqsanlar aşkarlandı - FOTOLAR
-
Venesuela hərbi gəmilərini dənizə çıxardı - ABŞ-la qarşıdurma riski artır
-
Bakıda narkokuryerdən 11 kq marixuana götürüldü - Əməliyyat görüntüləri
-
Prezident su obyektləri barədə yeni qaydanı təsdiqlədi - FƏRMAN
-
“Əsgərlərimizi Ukraynaya göndərmək niyyətində deyilik” - Meloni
-
“UNİBANK“ın rəhbəri ultralüks villasını satışa çıxardı - FOTOLAR
-
“Məndən başqa sizə heç kim dürüst sözü deməyəcək“ - Rauf Vəliyev narazı işçilərə belə dedi
-
Prezident bu universitetin əməkdaşlarını təltif etdi - SİYAHI
-
Dövlət qurumlarında olan işlərin həllini vəd edirdi - Həbs olundu
-
Təhsilin İnkişafı Fonduna sədr təyin edilib - Yeni rəhbər kimdir?
-
Nazirlikdən Yeni illə bağlı əhaliyə - Müraciət
-
Qəzaya düşən hərbçi dünyasını dəyişdi - Bərxudarovun sürücüsü olub
-
“Putinin Donbasda dayanacağını düşünmək ağılsızlıqdır” - ABŞ konqresmeni
-
Azərbaycanda dezinformasiya problemi ölkənin nüfuzu artdıqca özünü daha qabarıq büruzə verir - Əhməd İsmayılov
-
Xəlil Göyüşov camış əti qalmaqalından danışdı: “AQTA-nın açıqlaması qərəzlidir...“
-
Emin Əmrullayev iki gənci vəzifəyə təyin etdi - Onlar kimdir? (FOTO)
-
Prezident İlham Əliyev Qətər Əmirinə məktub göndərib - MƏTN
-
Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...
-
“Borc faizindən faiz tutulması qanunaziddir“ - Ali Məhkəmə
-
ABŞ Tayvana milyardlarla dollarlıq silah satacaq: Pentaqon TƏSDİQLƏDİ
-
Yük maşını reklam dirəyinə çırpıldı - Xəsarət alan var + Video
-
Türkiyədə genişmiqyaslı əməliyyat:Aleyna Tilki və daha bir neçə məşhur saxlanıldı
-
Müəllimin sinif otağında ölməsinin təfərrüatı... - VİDEO
-
131 min manatı mənimsəyən direktor: “Özümə əlavə dərs saatları yazdırdım“
-
Şabranda şəhərində palçıqlı yollar - Sakinlər təngə gəlib
-
Ağdamda baş verən mina hadisəsi ilə bağlı - Rəsmi açıqlama
-
Tramp xalqa müraciət edib - “Rüsumlar mənim ən sevdiyim sözdür“
-
Saatlı sakinlərinin kabusuna çevrilən yollar - VİDEO
-
Nərimanov rayonunda səkilər zəbt edilib - VİDEO
-
Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO
-
“Sabah“ın ulduzu Azərbaycanı bu ölkəyə dəyişir? - AÇIQLAMA
-
Deputatdan Həmkarlar haqda sərt açıqlama: Fatı qalx, Fatı otur...
-
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı - DETALLAR
-
“NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığına dair sübutlar var“ - Belousov
-
Bakıda məktəblilər arasında yayılan "snus"la bağlı araşdırma başladıldı - Açıqlama
-
Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş - FOTOLAR
-
Yepiskoplar II Qareginin istefasını tələb edir - Aksiya təyin olundu
-
“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur - FOTOLAR
-
Bu bazardan balıq və kürü alanların nəzərinə! - Nöqsanlar aşkarlandı
-
“İranın nüvə proqramını yenidən işə salmasına imkan verməyəcəyik” - “Mossad” rəhbəri
-
Fransaya satdığımız neft 3 dəfə artıb, qiymət isə aşağı düşüb - Ölkələr üzrə siyahı
-
Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi
-
“Mask respublikaçıların yeni seçki kampaniyalarını maliyyələşdirir” - “Axios”
-
Sahibə Qafarova Aİ rəsmisi ilə görüşdü - Nəyi müzakirə edib?
-
“Ramin Nur“ şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir - FOTOLAR
-
Məktəblilər arasında “snus” təhlükəsi - “Köşklərdə satılır”
TOP 10
ARXİV






