“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Türkiyədə qanunsuz mərc oyunları: Daha 20 nəfər həbs edildi

Tarix 09.12.25, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə futbol dünyasında mərc ittihamları ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində aralarında hakim Zorbay Küçük, futbolçular Salih Malkoçoğlu və Tolqa Kalenderin də olduğu 19 şübhəli növbətçi məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

AzFakt.com xəbər verir ki, eyni iş üzrə “Fənərbaxça”dan Mert Hakan Yandaş, “Qalatasaray”dan Metehan Baltacı, “Adana Dəmirspor”un keçmiş prezidenti Murat Sancak və Alassane Ndao da daxil olmaqla, 20 nəfər həbs edilib.

İstintaq materiallarına əsasən, Mert Hakan Yandaşın “Fənərbaxça” matçları da daxil olmaqla, müxtəlif oyunlara mərc etdiyi, həmçinin, Ersen Dikmenə 4 milyon 453 min 62 lirə pul köçürdüyü müəyyən olunub.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada bir sıra futbol hakimləri, oyunçular və klub rəsmilərinin də mərc fəaliyyətlərinə qarışdığı iddia olunur.

Prokurorluq ifadəsindən sonra Zorbay Küçük, Abdulsamet Burak, Cengiz Demir, Erhan Çelenk, İsmail Kalburcu, Salih Malkoçoğlu, Samet Karabatak, Tolga Kalender, Uğur Kaan Yıldız, Gamze Neli Kaya və digər şübhəlilər növbətçi məhkəmə tərəfindən “imza atmaq” kimi nəzarət tədbirləri ilə sərbəst buraxılıb.

Türkiyə mətbuatının məlumatına görə, istintaq zamanı aşağıdakı şəxslər həbs olunub:

Emrah Çelik

Yunus Emre Tekoğul

Metehan Baltacı

İzzet Furkan Malak

Bartu Kaya

Murat Sancak

Orkun Özdemir

Kadir Kaan Yurdakul

Faruk Can Genç

Alassane Ndao

Mert Hakan Yandaş

Ersen Dikmen

Kerem Yusuf Sirkeci

Emircan Çiçək

Ahmet Okatan

Gürhan Sünmez

Mehmet Emin Katipoğlu

Volkan Erten

Şahin Kaya

Ümit Kaya

İstanbul Baş Prokurorluğu idman şərhçisi Ahmet Çakar haqqında çıxarılan gözaltı qərarının səhhətindəki problemlər səbəbilə ləğv edildiyini açıqlayıb. O, hazırda müalicəsini davam etdirir və zəruri olduqda məhkəməyə gətiriləcək.








Xəbərin oxunma sayı : 97




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap