“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Sürücülərin nəzərinə: 40 manat cərimələnə bilərsiniz

Tarix 20.12.25, 19:03

Font ölçüsü : - / +
bitmap-img6


Qarlı və yağışlı havalarda avtomobillərin palçıq içində olması sürücülər arasında tez-tez müzakirə olunan məsələlərdəndir. Bəs belə hallarda sürücülərə cərimə tətbiq oluna bilərmi?..

Mövzu ilə bağlı konkret.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, qanunvericilikdə avtomobilin sadəcə çirkli olmasına görə cərimə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, qarlı və ya yağışlı havada avtomobildən palçığın yerə düşməsi yol hərəkət hissəsini çirkləndirmirsə, bu hal inzibati məsuliyyət yaratmır.

Hüquqşünasın sözlərinə görə, yalnız bir istisna mövcuddur. Belə ki, avtomobilin dövlət qeydiyyat nişanları palçıq səbəbindən oxunmaz vəziyyətdə olarsa, bu artıq inzibati xəta sayılır. İnzibati Xətalar Məcəlləsinə əsasən, nömrə nişanlarının görünməməsinə görə sürücüyə 40 manat məbləğində cərimə tətbiq oluna bilər.

Beləliklə, avtomobilin qarlı havada palçıqlı olması cərimə üçün əsas deyil, lakin nömrə nişanlarının aydın görünməsi sürücülər üçün mütləq şərtdir.



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap