“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Nazir adı qalmaqallarda hallanan notariusu hansı səbəbə vəzifəsində saxlayıb?

Tarix 19.12.25, 13:03

Font ölçüsü : - / +
bitmap-img6


Ədliyyə naziri Fərid Əhmədov son aylar ölkə üzrə fəaliyyət göstərən notarial  kontorların böyük əksəriyyətini dəyişib. Çıxarılan notarial kontorların demək olar ki, hamısı uzun illərdi bu vəzifədə işləyirdilər və haqqlarında çoxsaylı şikayətlər var idi.  

Amma hansısa bilinməyən səbəblərdən haqqlarında ölkə mətbuatında kifayət qədər şikayət və məlumatlar yayımlanan bir neçə notariat işdən çıxarılmadı. Bunlardanda biri paytaxtın Nərmanov rayonunda fəaliyyət göstərən 21 saylı Xüsusi notariuat Daxil Kərimovdur. Bildirək ki, ölkə mətbautında Daxil Kərimovla bağlı kifayət qədər şikayətlər dərc edilib. Hələ Daxil Kərimov Şirvan şəhərində notariuat işlədiyi dövrdə xeyli sayda qanunsuzluğa yol verdiyini bilməyən yoxdur. Bununla bağlı ölkə  mətbuatda müxtəlif şikayətlər öz əksini tapıb. 

AzFakt.com-a daxil olan məlumata görə Daxil Kərimov hansısa vasitələrlə Ədliyyə Naziri Fərid Əhmədova yol taparaq vəzifəsində qalmasını təmin edib. 

AzFakt.com-un əldə etdiyi məlumata görə Daxil Kərimov 21 saylı Xüsusi notariuatın rəhbəri vəzifəsində qalmaq üçün yüksək vəzifəli şəxslərn köməyindən yararlanıb. Belə ki, onun yerində qalması üçün nazir Fərid Əhmədovdan bir neçə hörmətli şəxs edib. 

Qeyd edək ki, Daxil Kərimov ölkədə ən varlı notariuatlardan biri kimi tanınır. Mətbautda təkzib ediməyən məlumatlarda iddia edilir ki, Daxil Kərimovun Şirvan, Hacıqabul, Salyan, Cəlilabad və Bakı şəhərlərində mənzilləri, obyektləri, torpaq sahələri mövcuddur. Həmçinin onun Qaradağ rayonunda beton zavodu olduğunu bilməyən yoxdur. Bütün bu var dövləti Daxil Kərimovun notariual kontorunun vasitəsilə əldə etdiyinə də şübhə yoxdur. Görünür nazir Fərid Əhmədov hörmətli şəxslərin ona etdiyi xahişləri nəzərə alaraq, D.Kərimovla bağlı hansısa bir araşdırma aparmağa ehtiyyac duyamayıb.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap