“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Türkiyə “S-400”-ləri Rusiyaya geri qaytaracaq? - Generalın açıqlamaları

Tarix 19.12.25, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


“Əgər Moskva Türkiyəyə satdığı S-400 zenit-raket komplekslərini geri alarsa, bu, Ankara üçün müsbət nəticələr verə bilər”.

AzFakt.com bildirir ki, bunu haqqin.az-a keçmiş türk Hərbi Hava Qüvvələri pilotu, general-polkovnik Erdogan Karakuş bildirib.

Karakuş qeyd edib ki, Türkiyə artıq öz milli hava hücumundan müdafiə sistemlərini istehsal edir və hazırda “S-400”-lərə tələbat o qədər də böyük deyil. Bu baxımdan, Türkiyə Rusiyanın geri alma təklifini nəzərdən keçirə bilər.

«Rusiyanın “S-400”-ləri geri alma ehtimalı yüksəkdir. Moskva Ukrayna müharibəsində ciddi hərbi itkilər verib və əlavə PVO sistemlərinə ehtiyac duyur. Həmçinin Türkiyə geri ödənişləri ala bilər. Məsələn, ölkənin Rusiyaya olan qaz borcları bu formatda həll oluna bilər. Bu məsələlər ikitərəfli barter formatında tənzimlənə bilər», – deyə Karakuş bildirib.

O əlavə edib ki, Türkiyənin “F-35” proqramına qayıtması da Ankaraya böyük fayda gətirə bilər. 2019-cu ildə proqramdan çıxarıldıqdan sonra Türkiyə təxminən 27 milyard dollar itirib. Karakuşun sözlərinə görə, proqrama yenidən qoşulmaqla bu itkilərin bir hissəsi kompensasiya oluna bilər və Türkiyə dünyanın ən müasir döyüş təyyarələrinə çıxış əldə edəcək, Hərbi Hava Qüvvələrinin parkını diversifikasiya edəcək.

General qeyd edib ki, “F-35” proqramında 11 türk şirkəti iştirak edib və bəzi komponentlər Konya şəhərində istehsal olunmalı idi. Proqramdan çıxmaq nəticəsində bu imkanlar itirilib.

Əvvəlki açıqlamalara görə, ABŞ Prezidenti Donald Tramp Türkiyənin” F-35” proqramına qayıtmasını dəstəkləyir. ABŞ-ın xarici siyasət üzrə tədqiqatçısı Aaron Stein bildirib ki, Tramp əsas məqsəd kimi Türkiyəyə F-35 satışını görür və potensial alıcılar sırasında Türkiyə, BƏƏ və Səudiyyə Ərəbistanı var.

Qeyd olunur ki, Türkiyə əvvəllər S-400-ləri üçüncü ölkəyə satmaq imkanına skeptik yanaşıb, çünki Rusiya bununla razılaşmaya bilərdi. Eyni zamanda, Türkiyə 2014-cü ildə Suriya vətəndaş müharibəsi fonunda Patriot PVO sistemlərinin NATO tərəfindən çıxarılmasını xatırladır. Həmin vaxt ABŞ-nin Suriyada terror təşkilatı olan YPG-yə dəstəyi ciddi gərginliyə səbəb olub.

2024-cü ildən etibarən Türkiyə və ABŞ arasında əlaqələr yaxşılaşır və Ankara “F-35” proqramına qayıtmaq niyyətindədir. “Bloomberg”-in məlumatına görə, Türkiyə Rusiyaya “S-400”-ləri geri satmaq və bunun müqabilində “F-35”-ləri almaq təklifini irəli sürüb. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Türkmənistanda keçirilən görüşdə də müzakirə olunub.



Xəbərin oxunma sayı : 166




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap