“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Prezident su obyektləri barədə yeni qaydanı təsdiqlədi - FƏRMAN

Tarix 18.12.25, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiqlənib.

AzFakt.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirlər Kabineti üç ay müddətində su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin formasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli və digər məsələləri həll etməlidir.

Qaydaya əsasən, ərizəçi su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi və dövlət ekoloji ekspertizasına aid olan fəaliyyət növləri ilə məşğul olmaq məqsədilə istifadə üçün müraciət etdikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, su obyektlərindən balıqçılıq, o cümlədən akvakultura məqsədilə istifadə üçün müraciət etdikdə Kənd Təsərrüfatı Nazirliyindən, su obyektlərindən müalicə, kurort və sağlamlaşdırma məqsədilə istifadə üçün müraciət etdikdə Səhiyyə Nazirliyindən, su obyektlərindən kiçikhəcmli gəmilərin hərəkəti məqsədilə istifadə üçün müraciət etdikdə Fövqəladə Hallar Nazirliyindən, su obyektlərindən energetika məqsədilə istifadə üçün müraciət etdikdə Energetika Nazirliyindən rəy (razılıq) almalı olacaq.

İcazənin sahibi Su Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə riayət etməlidir.

İcazənin və sudan xüsusi məqsədlər üçün istifadə müqaviləsinin şərtlərinə riayət olunmasına nəzarəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti həyata keçirir.

Xidmət aşağıdakılara nəzarət edir:

- icazədə göstərilən hərəkətin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinin, icazə qaydalarının və müqavilə şərtlərinin icazə sahibi tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;

- yoxlama zamanı ortaya çıxan suallara dair icazə sahibindən məlumatlar və sənədlər, o cümlədən arayışlar almaq;

- yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

- müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə icazənin sahibinə xəbərdarlıq etmək və ya yazılı bildiriş təqdim etmək;

- icazənin dayandırılması və ya ləğv edilməsi barədə Agentliyə təklif vermək.

İcazənin sahibi aparılan yoxlama zamanı Xidmətin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa mane olmamalı, yoxlama aparılması üçün şərait yaratmalı və tələb olunan sənədləri və məlumatları təqdim etməlidir. Xidmətin nümayəndəsi xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlama aparılması haqqında qərarın surətini

və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat təqdim etmədikdə, icazə sahibi onu yoxlamaya buraxmaqdan imtina edə bilər.

Yoxlamanın təşkili, aparılması, nəticəsinin rəsmiləşdirilməsi və bununla bağlı digər məsələlər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq tənzimlənir.



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap